“X” platformasına (əvvəlki adı Tvitter – red.) 50 milyon dollara startap satan azərbaycanlı Tural Bədirxanlı evlənir.
Bizim.Media xəbər verir ki, hazırda toy şəhər restoranlarından birində keçirilir. Tural Nəzrin adlı xanımla nikah masasına əyləşib.
Qeyd edək ki, Tural Bədirxanlı “X”da pay sahibi olan azərbaycanlıdır. Platforma onun həmtəsisçisi olduğu “Namo Media”nı 50 milyon dollara alıb.
Tural ATV-nin keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlının qızı Gültəkinlə nişanlı olub. (axşam.az)
Bizim.Media