Prezident Xankəndi şəhər stadionunda ÇIXIŞ EDİB – VİDEO

Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edib:

"Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz! İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır. Gəlin, hamımız birlikdə onları salamlayaq.

Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.

Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.

Biz - bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.

Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.

Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!

İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik.

Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!".

Həmin görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

End of content

No more pages to load

RADİO