Tbilisidə Qərbi Azərbaycana qayıdışla bağlı Gürcüstan Forumu keçirilib – FOTO 

Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin rəsmi tərəfdaşlığı və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə – Gürcüstan Forumu” keçirilib. 

Bizim.Media xəbər verir ki, Forum iştirakçıları əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında ucaldılan Azərbaycanın Ümummilli Liderinin abidəsini ziyarət edib. Onlar abidənin önünə əklil qoyub və gül dəstələri düzüblər. Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad olunub. 


Daha sonra Forum öz işinə başlayıb. 

Forumun əvvəlində Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılan mədəni irsimizi əks etdirən foto sərgi nümayiş etdirilib. 


Forum Azərbaycan Respublikasının və Gürcüstanın Dövlət Himnləri ilə başlayıb. Eləcə də Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Forumu Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili açıq elan edib. O, tədbir iştirakçılarını salamlayaraq onları Forumun mahiyyəti ilə bağlı məlumatlandırıb. 


T.Allahverdili söyləyib ki, forumun əsas məqsədi Gürcüstanda yaşayan soydaşlarımız, eləcə də Qərbi Azərbaycandan olan soydaşlarımızla Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını müzakirə etmək, gürcü politoloqların, tarixçilərin məsələ ilə bağlı fikirlərini öyrənməkdir. 

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı Səfirliyinin müşaviri Eldar Bayramov Qərbi Azərbaycana qayıdışla bağlı danışıb. O, bunun həmin ərazilərdən didərgin düşən azərbaycanlıların haqqı olduğunu bildirib. 


Müşavir çıxışında Cənubi Qafqazda yaşayan azərbaycanlıların və gürcülərin dövlətçilik tarixindən danışıb, ermənilərin bu bölgəyə sonradan köçürülmələrini sübut edən faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov deyib ki, Qərbi Azərbaycan qayıdışla siyasi müstəvidə həyata keçirilən işlər təqdirəlayiqdir. O bildirib ki, bu gün Qərbi azərbaycanlılar öz doğma tarixi yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyir. O.Ərəbov Prezident İlham Əliyevin siyasi qətiyyəti nəticəsində xalqımızın buna da nail olunacağını vurğulayıb. 


Sonra Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının üzvü Naqif Həmzəyev çıxış edib. O söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini diqqətə çatdırıb.

Bildirib ki, Azərbaycan daim sülhün və əmin-amanlığın tərəfdarı olub. Lakin bəzi separatçı qüvvələr regionda sülhü pozmağa çalışıblar və Azərbaycan, əslində, onların bu cəhdlərinin qarşısını alıb, regionda davamlı sülhün təmin olunması üçün bütün ilkin zəruri tədbirləri görüb.

Bu tədbirlər Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaq ümidlərini artırıb və onlar inanırlar ki, bu gün heç də uzaqda deyil. 


Deputat dost və qardaş Gürcüstanın və gürcü xalqının da regionda sülhün bərpa olunmasına çalışdığını qeyd edib. Bildirib ki, məhz Azərbaycan, Gürcüstan və Türkiyə birliyi nəticəsində buna nail olacağıq. 


KOBİA yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Qərbi azərbaycanlıların doğma yurd-yuvalarına qayıtması onların öz mənəvi haqqı olduğunu bildirib. 

Çıxışlardan sonra Forum iki hissəli panel müzakirələri ilə davam edib. 


Birinci panel İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Gürcüstan Tarixi İnstitutunun dosenti, professor Nikoloz Cavaxişvili moderatorluğu ilə keçirilib. Paneldə Gürcüstan Parlamentinin sabiq deputatı Ramiz Bəkirov, gürcü tarixşünas, professor Tengiz Malania və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Huseyn Yusubov çıxış ediblər. Onlar “Cənubi Qafqazda sülh quruculuğu və separatizimə qarşı birgə fəaliyyət” mövzusunda müzakirələr aparıblar. 

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgərin moderatorluğu ilə “Gürcüstanın işğal olunmuş ərazilərindən və Qərbi Azərbaycandan məcburi deportasiya edilmiş şəxslərin geri dönüş prosesi” mövzusunda ikinci panel keçirilib. 


Burada isə politoloq, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze, jurnalist Ceyhun Məhəmmədəli və Qarabağ qazisi-jurnalist Nahid Canbaxışlı çıxış ediblər. 

Forum sual-cavab sessiyası ilə öz işinə yekun vurub. 

Sonda isə ASAP-ın Gürcüstan nümayəndəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nəsimi Sadıqlı tərəfindən Forum iştirakçıları adından beynəlxalq ictimaiyyətə çağırış və Forumunun yekunlarına dair bəyanat səsləndirilib. 


Bəyanat beynəlxalq təşkilatlara və Gürcüstanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərə göndəriləcək. Forumda çıxış edən məruzəçilərə plaket və Qərbi Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim edilib. 


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

Lənkəranda sərxoş oğul atasının şikayətilə həbs edildi

End of content

No more pages to load

RADİO