Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsilə marağın artması bu sahədə fəaliyyət göstərən şirkətlərin və fərdi vasitəçilərin sayının çoxalmasına səbəb olub. Bununla yanaşı, universitetə qəbul, diplomun tanınması və müxtəlif sənədlərin hazırlanması adı altında vətəndaşların aldadılması riskləri də gündəmə gəlir.

Bizim.Media xəbər verir ki, təhsil eksperti Əlmusa Atamalıyevin “iqtisadiyyat.az”a verdiyi açıqlamaya görə, xaricdə təhsil almağı planlaşdıran şəxslər universitet və ixtisas seçimindən əvvəl bir sıra mühüm məqamları araşdırmalıdırlar.

Onun sözlərinə görə, əsas problemlərdən biri tələbələrə universitet və proqram haqqında dolğun məlumat verilmədən qəbul vədlərinin edilməsidir:

"Xaricdə təhsil almaq istəyən şəxsin qarşısında ilk məsələ sadəcə universitetə qəbul olmaq deyil. Universitetin rəsmi statusu, akkreditasiyası, seçilən proqramın xüsusiyyətləri, təhsil forması və gələcəkdə diplomun tanınması imkanları əvvəlcədən araşdırılmalıdır. Bəzən tələbəyə "diplomunuz Azərbaycanda mütləq tanınacaq" kimi zəmanətlər verilir. Halbuki diplomun tanınması ayrıca prosedurdur və bununla bağlı yekun qərarı konsultasiya şirkəti və ya universitet vermir".

Əlmusa Atamalıyev xaricdə təhsil sahəsində saxta və ya həqiqiliyi şübhə doğuran sənədlərin hazırlanması və təqdim edilməsinin xüsusilə ciddi risk yaratdığını vurğulayır.

Ekspert qeyd edir ki, tələbələr qəbul məktubu, universitetlə müqavilə, ödəniş sənədləri və digər rəsmi sənədlərin həqiqiliyini yoxlamalıdırlar. Universitet adından təqdim edilən sənədin mövcudluğu həmin şəxsin həqiqətən universitetə qəbul edildiyini avtomatik olaraq təsdiqləmir.

Buna görə qəbul məlumatının mümkün olduğu hallarda universitetin rəsmi kanalları vasitəsilə dəqiqləşdirilməsi vacibdir.

Digər mühüm məsələ ödənişlərlə bağlıdır. Əlmusa Atamalıyevin sözlərinə görə, tələbə və valideynlərdən böyük məbləğdə vəsait tələb edilirsə, ödənişin hansı xidmətə görə alındığı, universitetin rəsmi təhsil haqqının nə qədər olduğu və ödənişin kimə edildiyi əvvəlcədən aydınlaşdırılmalıdır.

 

"Valideynlər bəzən övladlarının qəbulunu tez həll etmək üçün tələsirlər. Məhz bu tələskənlik sui-istifadə üçün şərait yarada bilər. "Son iki yer qalıb", "bu gün ödəniş etməsəniz qəbul bağlanacaq", "100 faiz qəbul və diplomun tanınmasına zəmanət veririk" kimi ifadələrə ehtiyatla yanaşmaq lazımdır".


Ekspert bildirir ki, yalnız qəbul məsələsi deyil, yaşayış, yataqxana, viza və ölkəyə getdikdən sonrakı proseslər də əvvəlcədən dəqiqləşdirilməlidir. Tələbəyə yataqxana vəd edilirsə, onun universitetə məxsus olub-olmadığı, qiyməti və yerləşmə şərtləri barədə rəsmi məlumat əldə edilməlidir.

Əlmusa Atamalıyev xaricdə təhsil seçimi edənlərə universitetin rəsmi saytını yoxlamağı, qəbul sənədlərinin həqiqiliyinə əmin olmağı, ödənişlərə dair müqavilə və qəbz tələb etməyi, diplomun tanınması qaydalarını əvvəlcədən araşdırmağı tövsiyə edir.

"Bizim "Təhsil AL" şirkətinə də çoxlu müraciətlər olur. Bəzən sadə proseslərə görə həddən artıq baha qiymətlərin təklif edildiyini müşahidə edirik. Ya sənədləri düzgün formada tərtib etmirlər.

Ya təhsilalma formasında yanlış məlumatlar verilir. Xaricə gedən tələbə başa düşməlidir ki, ölkəmizdə distant təhsilalma forması tanınmır, eyni zamanda qiyabi təhsilalma formasında alınan diplomun gələcəkdə tanınması üçün müəyyən normalar mövcuddur və s. Ona görə də xaricdə təhsil almaq istəyənlər mütləq bu sahə üzrə peşəkarlara müraciət etməlidirlər.

Tələbə üçün ən doğru seçim sadəcə xaricdə universitetə qəbul olmaq deyil. Məqsəd etibarlı universitetdə, uyğun ixtisas üzrə keyfiyyətli təhsil almaq və sonradan diplomla bağlı problemlə qarşılaşmamaqdır. Buna görə qərar verməzdən əvvəl məlumatı bir neçə mənbədən yoxlamaq lazımdır", - deyə Əlmusa Atamalıyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan onları axtarır - SİYAHI

Azərbaycan onları axtarır - SİYAHI

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

Plastik əməliyyatdan sonrakı halını nümayiş etdirdi – VİDEO

End of content

No more pages to load

RADİO