Baş katib: “Avropa Şurası Bakı-İrəvan arasında sülh proseslərinə töhfə verməyə hazırdır” - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildiriblər ki, görüşdə Azərbaycanla Avropa Şurası (AŞ) arasında mövcud əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində görülmüş işləri, həyata keçirilmiş birgə proqramları qeyd edib, 2022-2025-ci illəri əhatə edən yeni Fəaliyyət Planını əlaqələrin dərinləşməsində mühüm vasitə kimi qiymətləndirib.

Mariya Peyçinoviç Buriç Azərbaycanın Avropa Şurasının dəyərli üzvü olduğunu vurğulayıb. O, Azərbaycan parlament nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında fəal iştirakını qeyd edib. O, ölkəmizin bir sıra mühüm konvensiyalara qoşulduğunu deyərək, bu məsələdə parlamentin mühüm rolu olduğunu bildirib.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova regionda gedən proseslər barədə ətraflı məlumat verib. O, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində görülmüş işlər, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üzrə təşəbbüsləri haqda danışıb.

Parlamentin sədri qeyd edib ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Bu mənada, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması üçün mühüm addım kimi qiymətləndirilib.

Eyni zamanda, Avropa Şurasının Azərbaycan və Ermənistan arasında etimad quruculuğu proseslərinə töhfə verə biləcək platforma rolunu oynamaq imkanlarına toxunulub. Milli Məclisin sədri mövcud reallıqları təhrif edən, iki ölkə arasında normallaşma prosesini zədələyən, sülh sazişinin tezliklə imzalanması perspektivlərinə xələl gətirən addımlara yol verilməməsini zəruri hesab edib.

Regionda davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmizin atdığı addımları təqdir etdiklərini bildirən Mariya Peyçinoviç Buriç Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Azərbaycan onları axtarır - SİYAHI

Azərbaycan onları axtarır - SİYAHI

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

End of content

No more pages to load

RADİO