Xalq İlham Əliyevə səs verəcəkmi?

Siyasilər tərəfindən "Qarabağın azadlığı demokratiyadan (əsasən ABŞ xətti nəzərdə tutulurdu) keçir" tezisi alternativsiz fikir kimi önə çəkilir və təxminən 15 il ərzində Prezident İlham Əliyevə qarşı səslənən ittihamların ana bazasını təşkil edirdi.

Yekun ittiham belə idi: "İlham Əliyev Qarabağı işğaldan azad edə bilməz". 

Bir tərəfdən isə, "Qarabağın açarı Rusiyanın əlindədir" tezisi ictimai fikirdə oturuşmuşdu. Əslində isə güclü Azərbaycan və güclü lider olmadan ABŞ və Rusiya Qarabağın işğaldan azad edilməsinə imkan verməyəcəkdi.

Zaman göstərdi ki, bu illər ərzində Azərbaycanın heç bir hərbi ittifaqa üzv olmaması Qarabağın işğaldan azad edilməsinin əsas faktorlarından biri kimi müstəsna rola malik oldu. Eyni zamanda, Azərbaycan ABŞ və Rusiya arasında seçim etmək kimi dilemma qarşısında qalmadı. Gürcüstan və Ermənistan güc mərkəzinə çevrilə bilmədi, inqilablar, siyasi təlatümlər, sosial partlayışlar bu gün də həmin ölkələrin ağır mənzərəsini önə çıxarır. 

Regionda yeni güc mərkəzi formalaşmağa başladı: Azərbaycan-Rusiya və Türkiyə ittifaqı. Məhz Qarabağın azad edilməsini şərtləndirən əsas güc mərkəzi də bu ittifaq oldu.

17 milyon kvadrat kilometr ərazisi olan və dünyanın super güclərindən biri -  qonşu Rusiya ilə münaqişə yaratmaq yox, müttəfiq olmaq lazım idi. Okeanın o tərəfindən verilən şirin vədlərə aldanmaq Gürcüstanı və Ermənistanı bu günkü ağır duruma saldı. 

Artıq Ukrayna da yanlış qərarlar verdiyini anladı, ABŞ senatı bu ölkəyə bütün hərbi yardımları dayandırır. 20 milyon insan ölkəni tərk edib, təxminən Cənubi Qafqaz böyüklükdə ərazi Rusiyanın nəzarəti aldındadır, Qərb Zelenskiyə "mövcud durumla barışmağı, sülhə getməyi" təklif edir. 

Azərbaycan Türkiyə ilə tarixdə heç vaxt olmadığı qədər strateji münasibətlər formalaşdırdı. Türkiyə hökumət üzvləri Region və dünya qarşısında Azərbaycanın maraqlarını (xüsusilə, müharibə dövründə) tələb kimi önə çıxardılar. İndiyə qədər İran və Fransa Azərbaycanın sərrast müqavimətinə bu qədər effektiv tuş gəlməmişdi. 

Dünyada yeni formalaşan Türk Dövlətləri Birliyi Azərbaycansız ölü doğulan körpə uşağa bənzəyər.

Diqqət ediriksə, bu birlik digər regional təşkilatları da üstələməkdədir. TDB-nin gücləndirilməsinin məqsəd və hədəfləri isə daha düşündürücüdür. 

Öncə güclü dövlət yaratmaq və onun ərazi bütövlüyünü təmin etmək lazım idi. Digər amilləri kənara qoysaq, təkcə bu faktor 2024-cü ilin fevral ayının 7-də keçiriləcək seçkilərdə İ.Əliyevin xalq tərəfindən prezident seçilməsini şərtləndirəcək. 

Bundan sonra İ.Əliyevə rəqib olmaq daha da çətinləşəcək. Uzun illər ərzində "demokratik seçki olsa, İ.Əliyevə qalib gələrik" deyənlər, buyursunlar, 7 fevraldakı seçkilərə... Hazırki durumda xalqın İ.Əliyevə səs verməyəcəyini düşünmək və bu istiqamətdə siyasi çıxışlar etmək səfehlikdir. Ayrı-ayrı hökumət üzvlərinə olan inamsızlıq xalqın İ.Əliyevə olan münasibətini dəyişməyəcək. 

Güclü dövlət bütün resurslarını Qarabağın azad edilməsinə yönəltmişdisə, yeni seçkilərdən sonra bu resursların daxili problemlərin köklü həllinə yönələcəyi və yeni mərhələnin başlayacağı ehtimalı böyükdür. Bir neçə gündür müxtəlif siyasi cinahlardan İ.Əliyevin daxildəki problemləri həll edə bilməyəcəyi ilə bağlı tənqidlər səslənir. 
Yırtıcı qanunlarla idarə olunan dünyanın ən həssas coğrafiyalarının birində - Cənubi Qafqazda Qarabağ münaqişəsini həll edən İ.Əliyevin daxili problemləri həll etmək üçün gücünün olmadığını düşünmək gülüncdür. 

- Heç kəsin gözləmədiyi bir ərəfədə yeni prezident seçkilərinin keçirilməsi qərarı niyə verildi? Buna nə zərurət var idi? Bu haqda növbəti yazıda.... 

Müəllif: Samir Feyruzov

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu VURDU - VİDEO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Korlanmış əti camaata yedizdirəcəkdilər - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Qusarda ağsaqqalların illik hesabatı dinlənildi - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Leyla Əliyeva Qəbələdə uşaqlarla birlikdə ağac əkdi - FOTOLAR

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Nazirlikdən çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

Bakı və Kiyev arasında hüquqi yardımlaşma genişləndirilir

Valideynlərin NƏZƏRİNƏ: Sabahdan qəbul başlayır!

Valideynlərin NƏZƏRİNƏ: Sabahdan qəbul başlayır!

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV OLUNDU

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV OLUNDU

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

Hövsanda baş verən ağır qəzanın ANBAAN VİDEOSU

Hövsanda baş verən ağır qəzanın ANBAAN VİDEOSU

Bir ailəni 14 il izləyib, 4 üzvünü qətlə yetirdi – Bütün ölkə qatil fili AXTARIR

Bir ailəni 14 il izləyib, 4 üzvünü qətlə yetirdi – Bütün ölkə qatil fili AXTARIR

Yetişmiş qarpızı necə seçmək olar?

Yetişmiş qarpızı necə seçmək olar?

ADY dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyinə həsr olunan fotoalbom hazırladı – VİDEO

ADY dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyinə həsr olunan fotoalbom hazırladı – VİDEO

XIX əsrdə “iPhone”? – Məşhur rəsm əsərindəki detal hamını şoka saldı – FOTO

XIX əsrdə “iPhone”? – Məşhur rəsm əsərindəki detal hamını şoka saldı – FOTO

Hüseyn Məhəmmədoğlu yenidən ata oldu

Hüseyn Məhəmmədoğlu yenidən ata oldu

Onlayn alış-verişdə itən bağlama - Hüquqi məsuliyyəti kim daşıyır?

Onlayn alış-verişdə itən bağlama - Hüquqi məsuliyyəti kim daşıyır?

Bu il dövlət büdcəsinə nə qədər vergi daxil olub?

Bu il dövlət büdcəsinə nə qədər vergi daxil olub?

SON DƏQİQƏ! AZAL-ın Naxçıvana reysləri təxirə salındı - FOTO

SON DƏQİQƏ! AZAL-ın Naxçıvana reysləri təxirə salındı - FOTO

Yer Günəşdən maksimum uzaqlaşacaq

Yer Günəşdən maksimum uzaqlaşacaq

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı

End of content

No more pages to load

RADİO