Azərbaycanın ədliyyə naziri Belarusda səfərdə olub - FOTO

Azərbaycanın ədliyyə naziri Belarusda səfərdə olub - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Belarusun ədliyyə nazirinin dəvəti ilə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə noyabrın 28-29-da Minskdə səfərdə olub.

Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı ölkəmizin Belarusdakı səfirliyinə baş çəkilib, bu il 100 illiyini geniş qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsinə dərin ehtiram bildirilib. Həmçinin Qələbə meydanı ziyarət olunaraq Zəfər abidəsinin önünə əklil qoyulub.

Azərbaycan və Belarus ədliyyə nazirləri arasında nümayəndə heyətlərinin iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbirdə ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun xüsusi rolu vurğulanıb, hüquqi sahədə səmərəli qarşılıqlı fəaliyyətə toxunularaq əməkdaşlığın dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğu qeyd olunub.

Belaruslu nazir Sergey Xomenko ədliyyə sistemində yeni çağırışlara uyğun aparılan islahatlar barədə məlumat verib, Azərbaycanla səmərəli hüquqi əməkdaşlığı, ölkəmizin nailiyyətlərindən bəhrələnildiyini qeyd edib, əlaqələrin genişləndirilməsinə hazır olduğunu söyləyib. Belarusun Ədliyyə Nazirliyinin fəaliyyətinə həsr olunan film nümayiş olunub və ayrı-ayrı istiqamətləri əks etdirən təqdimatlar keçirilib.

Nazir F.Məmmədov ədliyyə sahəsində yeniliklər, o cümlədən infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlər, rəqəmsal innovasiyalar tətbiq olunmaqla məsafədən əhaliyə göstərilən elektron və mobil xidmətlər barədə məlumat verib.

“Mobil notariat” brendi, müxtəlif ədliyyə xidmətlərinin eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsini təmin edən yeni “ƏNTEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmət platforması böyük maraqla qarşılanaraq təqdir olunub.

Tədbirdə Azərbaycan və Belarus Ədliyyə nazirlikləri arasında maraq doğuran fəaliyyət istiqamətləri üzrə, o cümlədən qanunvericilik, ədliyyə sahəsində dövlət xidmətlərinin göstərilməsi, innovasiyaların tətbiqi, hüquqşünasların tədrisi və s. üzrə təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutan Əməkdaşlıq Proqramı imzalanıb.

Nazirlər yeni sənədin iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə və yaxşı təcrübələrin bölüşülməsinə mühüm töhfə olacağını bildiriblər.

Sonda ölkəmizdə həyata keçirilən islahatlara və nailiyyətlərə böyük maraq göstərilərək yerli media nümayəndələri nazir F.Məmmədovdan müsahibə alıblar.

Səfər zamanı, həmçinin Məhkəmə Ekspertizaları Dövlət Komitəsinin rəhbərliyi ilə görüş keçirilərək əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılıb. Bildirilib ki, 2012-ci ildə Prezident İlham Əliyevin Belarusa səfəri zamanı iki ölkə arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Nümayəndə heyətləri müntəzəm səfərlər edərək, məhkəmə ekspertizası, o cümlədən özəl ekspertiza institutunun tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparılır.

Eyni zamanda nazir F.Məmmədovun Ali Məhkəmənin sədri, görkəmli hüquqşünas Valentin Sukalo ilə görüşü olub. Görüşdə iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında səmərəli əməkdaşlıqdan, beynəlxalq hüquqi yardım sahəsində qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə olunub, V.Sukalo Azərbaycana səfərini və Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda iştirakını xatırladıb.

Məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılaq ölkəmizin bu sahədə beynəlxalq aləmdə təqdir olunan nailiyyətlərinə, o cümlədən “Elektron məhkəmə” sisteminin tətbiqinə maraq göstərilib.

Görüşlərdə Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş ərazilərimizin bərpası ilə bağlı görülən işlər, bu prosesə ciddi əngəl törədən, çoxsaylı insanların ölümünə və yaralanmasına səbəb olan Ermənistanın mina terroru barədə məlumat verilib, bununla bağlı xüsusi broşürlər təqdim edilib.

Səfər çərçivəsində nümayəndə heyətimiz tərəfindən Minskdə notariat, Azərbaycanın “ASAN xidmət” brendinə uyğun yaradılmış “Bir pəncərə” xidmətlərinin fəaliyyəti ilə tanış olunub, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə baş çəkilib, orada veteran şəxslərin nikahlarının əlamətdar yubiley tədbirində iştirak edilib.

Həmçinin Minsk şəhərinin əsas rəmzlərindən olan Belarus Milli Kitabxanasının fəaliyyəti, zəngin və nadir ədəbiyyat fondu barədə maraqlı məlumatlar verilib, nazirliyin fəaliyyətinə dair elektron təqdimatlar keçirilərək təcrübə mübadiləsi aparılıb, habelə Belarusun brendi olan özünəməxsus istehsal sahələri ilə tanışlıq təşkil edilib.
Dostluq və səmərəli əməkdaşlıq şəraitində keçən tədbirlərdə ölkəmizin Belarusdakı səfiri Ülvi Baxşəliyev iştirak edib.

Azərbaycanın ədliyyə naziri Belarusda səfərdə olub - FOTO - foto 1

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

FİFA mundial biletlərindən milyardlar QAZANDI

FİFA mundial biletlərindən milyardlar QAZANDI

Bakıda məktəbdə jurnalistlərə hücum oldu - ANBAAN VİDEO

Bakıda məktəbdə jurnalistlərə hücum oldu - ANBAAN VİDEO

İlham Əliyev İspaniyaya başsağlığı verdi - FOTO

İlham Əliyev İspaniyaya başsağlığı verdi - FOTO

Rusiya və Ukrayna Oleşkidə minatəmizləmə işlərinə başlayıb

Rusiya və Ukrayna Oleşkidə minatəmizləmə işlərinə başlayıb

Vüsalə həmkarlarını TƏNQİD ETDİ

Vüsalə həmkarlarını TƏNQİD ETDİ

Türkiyə Moskva və Kiyevi mülki gəmilərə hücumları dayandırmağa ÇAĞIRDI

Türkiyə Moskva və Kiyevi mülki gəmilərə hücumları dayandırmağa ÇAĞIRDI

Göygöldə 62 yaşlı kişinin evində meyiti TAPILDI

Göygöldə 62 yaşlı kişinin evində meyiti TAPILDI

Niderland Ukraynaya 500 milyon avroluq hərbi yardım AYIRACAQ

Niderland Ukraynaya 500 milyon avroluq hərbi yardım AYIRACAQ

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana GƏTİRİLDİ

Saxta bilet satışı ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ - FOTO

Saxta bilet satışı ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ - FOTO

ABŞ Şimali Koreyaya İT sahəsindəki fırıldaqçılığa görə sanksiyalar TƏTBİQ ETDİ

ABŞ Şimali Koreyaya İT sahəsindəki fırıldaqçılığa görə sanksiyalar TƏTBİQ ETDİ

Şəmkirdə qonşular arasında dava qanla bitdi - 67 yaşlı kişi həyatını itirdi

Şəmkirdə qonşular arasında dava qanla bitdi - 67 yaşlı kişi həyatını itirdi

ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO

ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO

Neymarın cəzası bəlli oldu

Neymarın cəzası bəlli oldu

Netanyahunun siyasi gələcəyini nə müəyyən edəcək? - İsraildə seçkidən sonrakı MƏNZƏRƏ

Netanyahunun siyasi gələcəyini nə müəyyən edəcək? - İsraildə seçkidən sonrakı MƏNZƏRƏ

Rusiya Ermənistandan açıq şəkildə üzr TƏLƏB ETDİ

Rusiya Ermənistandan açıq şəkildə üzr TƏLƏB ETDİ

Avtomobilin ön şüşəsindəki qara nöqtələr nə üçündür?

Avtomobilin ön şüşəsindəki qara nöqtələr nə üçündür?

Sürücülərin NƏZƏRİNƏ: Sabah bu yollar bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Sabah bu yollar bağlanacaq

Əl-qoluna yiyə dura bilməyən sürücülər: 1000 manata qədər cərimələnə bilərsiniz!

Əl-qoluna yiyə dura bilməyən sürücülər: 1000 manata qədər cərimələnə bilərsiniz!

Azərbaycan millisi Cəbəllütariqə QALİB GƏLDİ

Azərbaycan millisi Cəbəllütariqə QALİB GƏLDİ

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

Ağ zolaq YAXINLAŞIR: Çətinlikləri geridə qoyacaq bürclər

Ağ zolaq YAXINLAŞIR: Çətinlikləri geridə qoyacaq bürclər

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

ChatGPT-nin məsləhətləri qadının ölümünə səbəb oldu - Dəhşətli İDDİA - FOTO

ChatGPT-nin məsləhətləri qadının ölümünə səbəb oldu - Dəhşətli İDDİA - FOTO

End of content

No more pages to load

RADİO