Parisin müstəmləkəçilik siyasəti Bakıda İFLASA UĞRADI

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin görüşündə Fransanın neokolonializm siyasəti yürütməsini kəskin tənqid edib. O bildirib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır.

Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.

Prezident qeyd edib ki, Fransız müstəmləkəçiləri 1,5 milyona yaxın əlcəzairliyə qarşı soyqırım siyasəti həyata keçirib:

“Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır. Fransa Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil”.

Sonda Azərbaycan Prezidenti bildirib ki, Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən üzr istəməlidir.

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Qoşulmama Hərəkatının Bakı tədbirində Azərbaycan Prezidentinin qətiyyətli çıxışı Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Azərbaycanın əsas mərkəzə çevrildiyinin göstəricisidir: 
 

MÖVZU İLƏ BAĞLI:

“Fransa torpaqlarımızın 90 faizini mənimsəyib” - Hərəkat üzvü


“Fransa həddən artıq həyasız diplomatiya ilə məşğuldur. Paris heç bir əsas olmadan Azərbaycanın daxili işlərinə qarışıb, Qarabağda milli azlıqların hüquqlarını gündəmə atıb. Azərbaycan belə olan halda təbii ki, bunu cavabsız qoymamalı idi. Azərbaycan Prezidenti də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakı toplantısında uğurlu mövzu seçərək, Fransanın neokolonializm siyasəti yürütməyə davam etdiyini bəyan edib. 

Həmin mövzunun gündəmə gətirilməsi də təsadüfi deyil. Hazırda neokolonializm siyasəti yürüdən ölkələrdən biri də Fransadır. Fransız müstəmləkəçiliyinin nəticəsidir ki, hazırda dünyanın 26 ölkəsi fransız dilli ölkələr kimi qeyd edilir. İndinin özündə Fransanın 6 müstəmləkəsi var ki, onun da əsas hissəsi Sakit Okean hövzəsində yerləşir. 

Paris həmin ərazilərdə yerləşən var-dövləti talan edir. Bu ərazilərdə Fransa uzun müddət nüvə sınaqları həyata keçirib. Fransa həmçinin islamafobiya, türkfobiya ilə məşğul olan əsas ölkədir”. 

Həmsöhbətimiz qeyd edir ki, milli azlıqlar konsepsiyasını irəli çəkən Makron ilk növbədə gedib öz ölkəsi ərazisindəki korsikalılar, kaledoniyalıların problemlərini həll etməlidir:

“Bakıda keçirilən sammit Fransanın dövlət kimi xarici siyasətini birmənalı şəkildə darmadağın etdi. Azərbaycan Prezidentinin bu fonda etdiyi çıxış cəsarətli çıxış idi. Dünyanın 93 ölkəsinin iştirak etdiyi toplantıda bu məsələni müasir siyasi fikir tarixində ilk dəfə məhz İlham Əliyev gündəmə gətirdi”. 

Ekspertə görə, bu da o deməkdir ki, artıq İlham Əliyev dünya siyasi arxitekturasının formalaşdırılmasında iştirak edən bir siyasətçiyə çevrilir:

“Azərbaycan Prezidenti bu addımı ilə Fransanın buraxdığı siyasi səhvə görə bütün dünyanı ayağa qaldırmağı bacardı. Nəticədə Parisin yürütdüyü siyasət Bakıda iflasa uğradı. Bu da o deməkdir ki, artıq Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Azərbaycan birmənalı şəkildə əsas mərkəzə çevrilir. 

Bakı Parisin ən zəif yerindən vurdu, onun yarasını qopartdı. Məhz Azərbaycan Prezidentinin çıxışından sonra Qoşulmama Hərəkatının toplantısında Fransanın müstəmləkəsi olan 6 dövlətin nümayəndələri belə danışmağa başladılar. Fransaya təzyiqlər bu fonda getdikcə artacaq. Fransa etdiklərinə görə cəzasını almalıdır. Xoş oldu ki, Azərbaycan bunu bacardı”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

End of content

No more pages to load

RADİO