Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Yanlışlıqla başqa şəxslərin kartına və ya hesabına vəsait köçürülməsi halları ilə rastlaşılır. Belə vəziyyətlərdə vətəndaşın pulun kim tərəfindən göndərildiyini müəyyənləşdirməsi və vəsaiti sahibinə qaytarması ilə bağlı prosedurun necə tənzimləndiyi maraq doğurur.

Belə hallarda yanlış köçürülən vəsaitin geri qaytarılması üçün hansı prosedur tətbiq olunur? Vətəndaş pulu göndərən şəxsin müraciətini gözləmədən vəsaiti geri qaytarmaq istədikdə, ödəniş sistemi tərəfindən bununla bağlı hər hansı mexanizm nəzərdə tutulubmu?

Bizim.Media xəbər verir ki, bank eksperti Emin Kərimov “demokrat.az”a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı hazırda konkret və vahid prosedur və ya qayda yoxdur:

“Çünki pul köçürməsi şəxsin öz istəyi və razılığı əsasında həyata keçirilir. Belə hallarda bankın təsir imkanları məhduddur.
 

Pulun səhv köçürüldüyünü bildirərək onun geri qaytarılmasını tələb etmək mümkündür, lakin bank həmin vəsaiti qarşı tərəfin hesabından birtərəfli qaydada geri çəkə bilməz. Məsələn, siz kiməsə pul köçürmüsünüz və sonradan müəyyən səbəbdən həmin məbləği geri qaytarmaq istəyirsiniz. Yaxud həmin şəxs sizdən borc istəyib və siz ona pul göndərmisiniz, lakin sonradan vəsaiti geri almaq istəyirsiniz.


Bu halda bank, köçürmənin sizin öz istəyiniz və razılığınız əsasında həyata keçirildiyini nəzərə alaraq, pulu məcburi şəkildə geri qaytara bilmir. Burada əsas məsələ pulun köçürüldüyü şəxsin öz iradəsindən asılıdır.

Əgər həmin şəxs vəsaiti geri qaytarmaq istəyirsə, bunu edə bilər. Lakin pulu hesabından çıxarıbsa, xərcləyibsə və ya ümumiyyətlə geri qaytarmaq istəmirsə, bankın ona qarşı birbaşa təsir rıçaqları məhduddur. Hazırda qanunvericilikdə də belə hallarda pulun avtomatik və məcburi şəkildə geri qaytarılmasını təmin edən vahid mexanizm yoxdur”.

Ekspert vurğulayıb ki, bu səbəbdən pul köçürərkən rəqəmlərə xüsusi diqqət yetirmək lazımdır:

“Hazırda bir çox kart köçürmələrində kart sahibinin adının və soyadının baş hərfləri də göstərilir. Bu məlumat vasitəsilə vəsaiti göndərdiyiniz şəxsin düzgün olub-olmadığını ən azı müəyyən etmək mümkündür.
 

Ona görə də köçürmə zamanı kart məlumatlarını və məbləği diqqətlə yoxlamaq, səhv köçürməyə yol verməmək vacibdir. Əgər pul səhv köçürülübsə, hazırda onun geri qaytarılması əsasən vəsaiti alan şəxsin istəyindən və vicdanından asılı qalır. Gələcəkdə qanunvericilikdə bu məsələyə dair xüsusi tələb və mexanizm müəyyənləşdirilərsə, bu, müsbət addım olar.


Çünki səhv köçürülmüş vəsaitin geri qaytarılması ilə bağlı şikayətlərə tez-tez rast gəlinir. Bununla belə, belə bir mexanizmin hazırlanması zamanı müəyyən çətinliklər də yarana bilər. Məsələn, vəsaitin həqiqətən səhvən köçürülüb-köçürülmədiyini müəyyənləşdirmək həmişə asan olmur. Şəxs könüllü şəkildə pul göndərdikdən sonra sonradan fikrini dəyişərək həmin köçürməni “səhv köçürmə” kimi təqdim edə bilər. Bu səbəbdən məsələ ilə bağlı həm vəsaiti göndərən, həm də alan şəxsin hüquqlarını nəzərə alan, aydın və vahid prosedurun müəyyənləşdirilməsinə ehtiyac var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

End of content

No more pages to load

RADİO