Tətil günlərində uzunmüddətli gəzintilər, ekskursiyalar və yürüşlər zamanı artan fiziki yüklənmənin öhdəsindən gəlmək üçün kəhrəba turşusunun orqanizmə dəstək ola biləcəyi bildirilir. Bu maddə hüceyrə səviyyəsində qida maddələrinin enerjiyə çevrilməsi prosesində iştirak edir.
Bizim.Media xəbər verir ki, tibb elmləri namizədi, həkim Tatyana Molostova bu barədə "Sputnik" radiosuna müsahibəsində danışıb.
"Məzuniyyət dövründə kəhrəba turşusunun əsas funksiyası orqanizmin enerji balansını qorumaqdır", - deyə mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, sözügedən maddə beyin və əzələlərin oksigendən daha səmərəli istifadə etməsinə, eləcə də fiziki aktivlikdən sonra daha sürətli bərpa olunmağa kömək edə bilər.
Bundan əlavə, onun diqqətin cəmləşməsinə müsbət təsir göstərə və qida və spirtli içkilərdən həddindən artıq istifadə edildikdən sonra orqanizmin toparlanmasına dəstək ola biləcəyi qeyd edilir.
Bununla belə, kəhrəba turşusunun istifadəsi ilə bağlı bəzi əks-göstərişlər də var. Mədə xorası və qastritin kəskinləşməsi, böyrək daşı xəstəliyi, qlaukoma və kəskin hipertoniya zamanı bu vasitədən istifadə tövsiyə olunmur.
Həkim xəbərdarlıq edib ki, hamilə və südverən qadınlar kəhrəba turşusu tərkibli vasitələrdən istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. (oxu.az)
Bizim.Media