İranda iqtisadi təcrid əməliyyatının başlamasından bir gündən az müddət sonra Tehranın qara bazarında dolların qiyməti yenidən sıçrayaraq 205.300 tümənə çatıb.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, bu haqda qara bazardakı mənbələr məlumat verib.
İran Mərkəzi Bankının sədri Əbdünnasir Hemməti yeni sanksiyaların heç bir təsirinin olmayacağını və dolların qiymətinin yaxın günlərdə düşəcəyini demişdi.
Lakin onun iddiasının əksinə olaraq, valyuta məzənnəsinin artması və İran milli valyutasının ucuzlaşması davam edir.

Bizim.Media