Kürdlərin "Suriya Demokratik Qüvvələri"nin (SDQ) komandanı Məzlum Abdi qruplaşmanın buraxıldığını bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Suriyanın "Syria TV" telekanalı məlumat yayıb.
"SDQ-nin, kürd muxtar administrasiyasının və onlara tabe olan bütün hərbi və mülki birləşmələrin buraxıldığını, həmçinin onların dövlət təsisatlarına tam inteqrasiya olunduğunu elan edirəm", — deyə Abdi bildirib.
O, həmçinin qeyd edib ki, SDQ-nin missiyası başa çatıb və indi "müdafiədən Suriyanın yenidən qurulması"na qədər mərhələ başlayır.
Bizim.Media