İranın xarici işlər naziri Abbas Əraqçi və Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani regiondakı son prosesləri nəzərdən keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
"Nazirlər həm də bölgədə gərginliyin artmasının qarşısını almaq üçün diplomatik imkanlardan istifadə edilməsinin və əlaqələndirmənin davam etdirilməsinin vacibliyini vurğulayıblar", - məlumatda qeyd olunub.
Bizim.Media