İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul ETDİ - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı qəbul edib.

Bizim.Media xəbər verir ki, Əhməd Attaf Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlətimizin başçısında çatdırıb, Prezident İlham Əliyevin onun dəvəti ilə Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında xüsusi qonaq qismində iştirakına görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev salamlara və Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştiraka dəvətə görə Əlcəzair Prezidentinə təşəkkürünü bildirib və onun da salamlarını Abdelmacid Tebbuna çatdırmağı xahiş edib. Dövlətimizin başçısı, həmçinin Əlcəzair Prezidentini ölkəmizə rəsmi səfərə dəvət edib.

Əhməd Attaf Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə, Hərəkatın təsisatlanması istiqamətində həyata keçirdiyi işlərə görə təbriklərini çatdırıb.

Dövlətimizin başçısı ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu qeyd edib, Sovetlər Birliyi dövründə çox sayda azərbaycanlı mütəxəssisin Əlcəzairdə fəaliyyət göstərdiyini, bu ölkənin inkişafına öz töhfələrini verdiyini vurğulayıb, eyni zamanda, həmin dövrdə Əlcəzairdən olan çox sayda tələbənin də Azərbaycanda təhsil aldığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının təsisatlanması çərçivəsində həyata keçirdiyi işlərdən danışdı, ölkəmizin təşəbbüsü ilə bu Hərəkatın gənclər təşkilatının və parlament şəbəkəsinin yaradıldığını deyib, Azərbaycanın, eyni zamanda, Qoşulmama Hərəkatı çərçivəsində qadın platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini, sədrlik dövründə bu istiqamətdə də müvafiq tədbirləri həyata keçirəcəyini vurğulayıb.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə Əlcəzair tərəfinə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin OPEC+ formatında əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

End of content

No more pages to load

RADİO