Azərbaycan və Pakistan arasında əməkdaşlığa dair Fəaliyyət Planı İMZALANDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan yüksək səviyyəli münasibətlərin olduğunu, iki ölkənin dövlət başçılarının səyləri ilə bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb. 

Pakistanın Azərbaycanın ərazi bütövlüyünə daimi dəstəyindən, xüsusilə 44 günlük Vətən müharibəsində ölkəmizə, haqq savaşımıza ədalətli mövqedən göstərdiyi siyasi dəstəkdən məmnunluq ifadə olunub.

İki ölkənin beynəlxalq təsisatlar çərçivəsində də sıx əməkdaşlıq etdiyi, Azərbaycan və Pakistan arasında sosial sahədə əlaqələrin genişlənməkdə olduğu diqqətə çatdırılıb. 

Ötən ilin may ayında Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistanın Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun, həmçinin son illər Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq sənədinin imzalandığı bildirilib. 

Azərbaycanda son illər aparılan sosial islahatlar, DOST konsepsiyası, sosial sahədə rəqəmsal platformaların, proaktiv xidmətlərin yaradılması istiqamətində əldə olunan müsbət təcrübə barədə məlumat verilib.

Əmək və sosial müdafiə sahəsində Pakistanla ikitərəfli əlaqələrin inkişafı, fəal təcrübə mübadiləsi üçün böyük potensial olduğu, DOST təcrübəsini Pakistanla bölüşməyə hazır olduğumuz vurğulanıb. 

İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr, o cümlədən Azərbaycanla Pakistan arasında da əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub. 

S.H.Turi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını, əmək, məşğulluq, sosial müdafiə sahəsində ikitərəfli münasibətlərin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. 

Görüşün yekunu olaraq Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Pakistanın Xarici Pakistanlılar və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsinə dair 2023-2024-cü illər üçün Fəaliyyət Planı imzalanıb. 
Sənəddə əmək bazarının monitorinqi və proqnozlaşdırılması, məşğulluq, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əlilliyi olan şəxslərin sosial və məşğulluq problemlərinin həlli, onlar üçün xüsusi peşə hazırlığı və peşə istiqamətləri üzrə proqramların hazırlanması, əməyin mühafizəsi və əmək münasibətlərinin tənzimlənməsinə dair qanunvericiliyin tətbiqi, əmək, məşğulluq və sosial müdafiə sahələrində İKT-nin tətbiqi və s. istiqamətlərdə məlumat və təcrübə mübadilələrinin aparılması əksini tapır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

End of content

No more pages to load

RADİO