Qərbi Azərbaycan İcmasından MÜHÜM BƏYANAT 

ABŞ Konqresi tərəfindən yaradılmış və bəyan olunan məqsədinin insan haqlarının beynəlxalq miqyasda təşviq edilməsi olduğu deyilən Tom Lantos Komissiyasının Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı bu yaxınlarda keçirdiyi dinləmələrlə bağlı Qərbi Azərbaycan İcmasının ciddi narahatlıqları var. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. 

Bəyanatda həmçinin qeyd edilib:  

“Əvvəla vurğulayırıq ki, Ermənistan və Azərbaycan arasında vəziyyət haqqında müfəssəl və dəqiq anlayışın olması çox vacibdir. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi insan haqları pozuntuları çox böyük miqyasa malikdir və misilsizdir. 

Ermənistan 1987-1991-ci illərdə bütün azərbaycanlıları öz ərazisindən qovmuş, ardınca Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq edərək, onun ərazilərinin 20 faizini işğal edib. Bütün bunlar nəticəsində, Ermənistandan 300 minə yaxın azərbaycanlı qaçqın düşüb və işğal olunmuş Azərbaycan ərazilərdən 700 min azərbaycanlı didərgin düşüb. 
Ermənistan minlərlə dinc azərbaycanlını qətlə yetirib, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus mədəni və dini abidələri, məzarlıqları dağıdıb, azərbaycanlıların şəxsi və ictimai əmlakını, mülki infrastrukturunu talan edib.

Ermənistan Azərbaycanın yüzlərlə şəhərini və digər yaşayış məntəqələrini yerlə-yeksan edib. Ermənistan həmçinin Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərinə milyondan artıq mina qoyub.

Bunun yeganə məqsədi həmin əraziləri Ermənistanın onilliklər boyu davam edən dağıdıcı hərbi işğalından azad etdikdən sonra azərbaycanlı məcburi köçkünlərin oradakı öz evlərinə təhlükəsiz qayıtmasını çətinləşdirməkdir. 

Sözügedən Komissiyanın dinləmələrində çıxış etmiş şəxslərin nümayiş etdirdiyi açıq-aşkar qərəzli münasibət bizi dərindən narahat edir. Onların bəzilərinin Ermənistan yönümlü maraq qrupları ilə sıx əlaqələri olduğunu öyrənmək bizi məyus etdi. Bu, dinləmənin obyektivliyi və ədalətliliyi ilə bağlı ciddi suallar doğurur.  

Belə görünür ki, dinləmə sadəcə əvvəlcədən müəyyən edilmiş ssenarini yerinə yetirmək üçün keçirilib. İclasda edilmiş çıxışların mahiyyəti dərindən qüsurlu idi və real vəziyyəti düzgün təqdim etmirdi.

Dinləmə ağ yalanlar və bəzi dairələrin geniş istifadə etdiyi, heç bir faktiki əsasa malik olmayan anti-Azərbaycan ritorikası xarakterizə olunurdu. Dinləmə zamanı təqdim olunan çaşdırıcı uydurmalar heç bir fakta, nüanslara və vəziyyətin tarixi kontekstinə məhəl qoymayaraq, yalnız birtərəfli perspektivi təqdim etməyə xidmət edirdi. 

Xüsusilə, danışanların dini baxımdan qərəzli ifadələrdən dəfələrlə istifadə etməsi dərin narahatlıq doğurur. Tom Lantos Komissiyası dinindən asılı olmayaraq bütün insanların bərabərliyini tanıyan İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsini təşviq etmək məqsədi daşıyır. Dini qərəzliliyi göstərən lüğətdən istifadə etməklə Komissiya öz məqsədlərini, dəyərlərini və prinsiplərini qoruyub saxlaya bilməyin. 

Azərbaycanlıların, xüsusən də Ermənistandan qovulanlarınhüquqlarına etinasızlıq bizi dərindən məyus etdi. Bu, Komissiyanın etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün şəxslərin hüquqlarına həqiqətən də dəyər verməsini sual altına qoyur.  

Həmçinin görünür ki, Komissiya müəyyən qrup əhalinin öz evlərindən qovulmasından sonra onların hüquqlarına əhəmiyyət vermir. Bu ayrı-seçkili və təhlükəli yanaşma dinləmənin mötəbərliyini və tərəfsizliyini sarsıdıb. 

Bütün bunlar aydın şəkildə göstərir ki, Komissiyanın dinləmələri, əslində, insan hüquqlarına deyil, müəyyən bədnam maraqlara xidmət edirdi.

Biz hər bir dövlətin və qrupun öz maraqlarını müdafiə etməkdə azad olduğunu qəbul etsək də, insan hüquqları kimi nəcib ideyadan, o cümlədən İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsindən belə mənfur məqsədlər üçün sui-istifadə etməyi yolverilməz hesab edirik. 

Bundan əlavə, dinləmə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsi üzrə davam edən səyləri sarsıdır. Belə ki, dinləmədə ifadə edilənlər düşmənçiliyi qızışdıran yanaşmanı davam etdirir və barışıq yoluna əlavə bir maneə yaradır. 
Dinləmə Tom Lantos Komissiyasının tarixində təəssüf doğuran bir fəsil idi. Komissiyanın aşkar nöqsanları və qərəzli mövqeləri fonunda biz bu qurumu Ermənistanın etnik təmizləmə və insanlığa qarşı törətdiyi digər cinayətlərdən əziyyət çəkən bir milyondan artıq etnik azərbaycanlının hüquqlarını tanıyan və müdafiə edən mənalı səylər göstərməyə çağırırıq.

Komissiyanın Ermənistandan zorla qovulmuş azərbaycanlıların fundamental hüquqlarını tanıması çox vacibdir. 

Biz Komissiyanı nöqsanlarını düzəltmək və azərbaycanlıların üzləşdiyi ədalətsizlikləri aradan qaldırmaq üçün İcmamızla fəal şəkildə səmimi dialoq aparmağa çağırırıq. Konkret olaraq, biz Komissiyanı Ermənistandan qovulmuş azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də təsbit olunmuş təhlükəsiz və ləyaqətlə qayıtmağa dair təməl hüquqlarının təmin edilməsi istiqamətində səylər göstərməyə çağırırıq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bir az vicdanınız olsun" – FOTO

"Bir az vicdanınız olsun" – FOTO

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

End of content

No more pages to load

RADİO