Ermənistan hərbi qulluqçularımızı dərhal azad etməlidir - Ombudsman

"Ombudsman olaraq, beynəlxalq ictimaiyyətə Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı müraciətlər etmişik. Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad olunmalıdırlar"".

Bizim.Media xəbər verir ki, bu sözləri "Report"a müsahibəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

İlk gündən bu məsələni diqqətdə saxladığını söyləyən Ombudsman onların ailə üzvləri ilə görüşdüyünü və bununla bağlı mütəmadi olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) baş ofisinə müraciət etdiyini vurğulayıb.

"Biz BQXK-nin Bakı ofisi ilə mütəmadi əlaqədəyik və tələb edirik ki, bizim Ermənistanda qeyri-qanuni saxlanılan və işgəncələrə məruz qalan hərbi qulluqçularımızın hüquqları təmin olunsun. Onlara qarşı qeyri-insani rəftar beynəlxalq hüquq normalarına ziddir. Hərbi qulluqçularımızın tibbi müayinədən keçməsi, tərcüməçi və vəkillə təmin olunması, beynəlxalq normalara uyğun saxlanması vacib şərtlərdəndir".

S.Əliyeva Azərbaycandan fərqli olaraq Ermənistanın əsirlərlə davranışında beynəlxalq hüquq normalarına riayət etmədiyini bildirib:

"Amma biz Azərbaycanın sərhədini qanunsuz olaraq keçmiş və ölkəmizin ərazisində terror-təxribat törətməyə cəhd göstərərkən saxlanılan ermənilərə qarşı öhdəliyimizə götürdüyümüz bütün beynəlxalq normalara riayət edirik. Eyni zamanda, onlar həm mənim tərəfindən qəbul olunur, həm də Ombudsmanın Milli Preventiv Qrupuna daxil olan həkim, psixoloq, sosial işçi tərəfindən onların hüquqları tam təmin edilir. Biz bununla bağlı geniş ictimaiyyətə heç nədən çəkinmədən məlumatlar təqdim edirik. Lakin təəssüflər olsun ki, Ermənistan bu məlumatları təqdim edə bilmir. Bu da özü böyük bir göstəricidir".

"Biz mütəmadi olaraq bu məsələni həm Dünya Ombudsmanlar Assosiasiyasına, həm də üzv olduğumuz bütün beynəlxalq və regional təşkilatların rəhbərlərinə çatdırırıq və onlardan bu məsələyə qəti etirazlarını bildirmələrini tələb edirik. Ombudsman olaraq, beynəlxalq ictimaiyyətə Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı müraciətlər etmişik. Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad olunmalıdırlar", - Ombudsman Səbinə Əliyeva əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bir az vicdanınız olsun" – FOTO

"Bir az vicdanınız olsun" – FOTO

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

End of content

No more pages to load

RADİO