Azərbaycan yeni gəmi silahları və sahil artilleriya qurğuları alacaq - RƏSMİ

Azərbaycan yeni gəmi silahları, sualtı hərəkət vasitələri, sahil artilleriya qurğuları, radar və sonarlar almaq imkanlarını araşdırır.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov deyib.

Onun sözlərinə görə, bu il iyunun 4-dən 11-dək İtaliyaın Spetsiya şəhərində keçirilən sərgidə bu ölkənin əsas müdafiə sənayesi şirkətlərindən olan Leonardo, Finkantieri, Reinmetal, DRASS və çoxlu sayda digər şirkətlərin hərbi texnologiyaları sərgilənib:

"Sərgi zamanı yeni gəmi, gəmi silahları, sualtı hərəkət vasitələri, sahil artilleriya qurğuları, radar, sonarlar və digər müdafiə texnologiyalarını nəzərdən keçirilərək aidiyyəti üzrə mütəxəssislərə tapşırıqlar verilib.

Tədbir zamanı İtaliyanın aparıcı müdafiə sənayesi şirkətlərinin zavod və infrastrukturlarına ziyarətlər təşkil edildi və sözügedən şirkətlərin istehsal etdikləri müdafiə sənayesi məhsullarını yerindəcə incələmək imkanımız oldu. Xüsusilə suüstü dəniz platformalarıyla yanaşı, müşahidə, kəşfiyyat, rabitə üzrə təqdim olunan texnikalar bizim diqqətimizi çəkdi və qeyd olunan texnikalar haqqında daha detallı görüşlərimiz davam edəcək".

Komandan deyib ki, İtaliyanın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Enriko Kredendinonun dəvətiylə iyunun 4-dən 11-dək İtaliyanın Spetsiya şəhərində keçirilən "SEAFUTURE - 2023" müdafiə sənayesi sərgisini izləyib və eləcə də İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus yeni gəminin inauqurasiya mərasimində iştirak edib:

"İyunun 5-də İtaliyanın Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Enriko Kredendino ilə, tarixi "VESPUÇİ" gəmisində görüş zamanı Azərbaycan və İtaliya arasında cari ilin yanvar ayında imzalanmış Hərbi Əməkdaşlıq Protokolunun müddəalarını müzakirə etdik, iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında gələcək perspektiv və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də daxil olmaqla hərbi, hərbi təhsil haqqında fikir mübadiləsi apardıq".

Onun sözlərinə görə, sərgi bu il 8-ci dəfədir ki, keçirilir və hər dəfə iştirakçı ölkələrin və eləcə də müdafiə sənayesi üzrə tanınmış şirkətlərin siyahısı artmaqda davam edir:

"Sərgi İtaliyaın Spetsiya şəhərində yüksək səviyyədə keçirildi. Müasir müdafiə sənayesi texnologiyalarına sahib olmaq hər bir ölkənin marağında olduğu kimi, bizim də önəm verdiyimiz prioritet məsələlərdəndir.

Qeyd edim ki, elm və texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda, müdafiə sənayesinin gətirdiyi yeni texnologiyaları yerində incələmək və Hərbi Dəniz Qüvvələrində tətbiqi barəsində məlumat əldə etmək üçün görüşlər keçirdik.

Sərgidə müdafiə sənayesi texnologiyaları ilə yanaşı, "Mavi iqtisadiyyatın dayanıqlı və güvənliyi üzrə Okeanların mühafizəsi", "Rəqabət dövründə texnologiya və imkanların inkişafı" mövzuları üzrə kiçik simpoziumlar da təşkil olundu".

"Qədim dəniz tarixinə sahib ölkə olan İtaliya, eyni zamanda, müasir dəniz texnologiyalarına da sahibdir. Müxtəlif cür gəmi platformaları inşa etməklə yanaşı, suüstü və sualtı müdafiə sistemlərinə və texnologiyalarına sahib qabaqcıl şirkətləri mövcuddur.

İtaliya tərəfinin Hərbi Dəniz Qüvvələri üçün hərbi-texniki əməkdaşlığı yönündəki təkliflərinin ölkəmiz üçün faydalı olacağına inanıram.

Hərbi-texniki əməkdaşlığın davam etdirilməsi, eyni zamanda, hərbi təhsildə inkişafa təkan olacaq, qarşılıqlı maraq doğuran bir sıra fəaliyyətlərin icra və inkişafına xidmət edəcək", - Sübhan Bəkirov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

End of content

No more pages to load

RADİO