Deputatdan Ermənistanda əsir saxlanılan əsgərlərimizlə bağlı AŞPA-ya ÇAĞIRIŞ

““Transmilli repressiya, qanunun aliliyinə və insan hüquqlarına artan təhlükə” adlı məruzədə qeyd olunmayan transmilli repressiyaların ən dəhşətli nümunələrindən biri etnik təmizləmədir. Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlarından böyük əziyyət çəkib. 

1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə Ermənistanın dövlət orqanları tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə sistemli xarakteri ilə seçilir. Çünki bütün bu kütləvi etnik təmizləmə Ermənistan dövlətinin birbaşa göstərişi ilə həyata keçirilib”. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun yay sessiyasında “Transmilli repressiya, qanunun aliliyinə və insan hüquqlarına artan təhlükə” adlı məruzənin müzakirəsi zamanı çıxışında Qərbi Azərbaycan məsələsindən danışarkən ifadə edib. 

“Erməni həmkarım girovlarla bağlı danışıqlara istinad etdi. Bu ilin aprelində Azərbaycan Ordusunun əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan tərəfindən əsir götürülüb. 

Aydın görünür ki, yerli erməni sakinlər və hərbçilər azərbaycanlı əsgərə işgəncə verirlər. Sonradan onlar üçün səhnələşdirilmiş məhkəmə düzəldib saxta hökm çıxarıblar. Hüseyn 20 il müddətinə azadlıqdan məhrum edilib. Bunun özü də azərbaycanlılara və Azərbaycana qarşı törədilən etnik təmizləmə siyasətinin daha bir nümunəsidir”, - deyə K. Cəfərov bildirib.

O, Ermənistan tərəfindən əsir götürülmüş Aqşin Bəbirovdan və Hüseyn Axundovdan hansısa danışıq üçün alət kimi istifadə olunmaması üçün avropalı deputatları azərbaycanlı əsgərlərin azad edilməsini dəstəkləməyə çağırıb. 

Azərbaycanlı deputat Assambleyada Laçın dəhlizi ilə bağlı məruzəyə də toxunub. Sənədin qərəzli olduğunu deyən deputat vurğulayıb:

“Dünən AŞPA Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı qərəzli, yersiz və vaxtsız qətnamə qəbul etdi.

Hesab edirəm ki, dünən AŞPA buradakı azərbaycanlı və erməni deputatlar arasına sülh yaratmaq kimi tarixi şansını itirdi, bizi daha da yaxınlaşdırmaqdansa, daha çox düşmən etdi. Bu, AŞPA üçün itirilmiş bir imkan oldu.
Digər tərəfdən Laçın sərhəd-keçid məntəqəsinə pilot layihə kimi baxılmamalıdır. Ermənistanın baş naziri Paşinyan da Zəngəzur dəhlizinin açılması, erməni silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması barədə öhdəlik götürüb və bu öhdəliyi icra etməlidir”,- deyə K. Cəfərov diqqətə çatdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bir az vicdanınız olsun" – FOTO

"Bir az vicdanınız olsun" – FOTO

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

End of content

No more pages to load

RADİO