3 aya yaxındır əsir saxlanılan hərbçilərimiz bu yolla AZAD OLUNA BİLƏR – HÜQUQŞÜNAS 

Azərbaycan Ordusunun əsir düşən hərbçiləri Hüseyn Axundov və Aqşin Bəbirov artıq 3 aya yaxındır ki, Ermənistan ərazisində saxlanılır. Əsir hərbçilərimizin Azərbaycana qaytarılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən işlər davam etdirilir. 

Ötən gün isə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətə növbəti dəfə müraciət edib.

Bəs, Ermənistanda saxta məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın azad olunması ilə bağlı daha hansı çıxış yollarımız var? 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda əsir saxlanılan hərbçimiz 20 il azadlıqdan məhrum EDİLDİ


Hüquq eksperti Qulamhüseyn Əlibəyli Bizim.Media-ya açıqlamasında bildirib ki, əsirlərin azad olunması və ölkəyə qaytarılması yalnız qarşılıqlı tərəflər arasında razılaşma əsasında mümkün olan bir məsələdir:

“Təcrübədə dəfələlə belə hallar baş verib. Hərbi əsirlər dəyişdirilib. Azərbaycan da vaxtilə kifayət qədər erməni cinayətkarlarını öz ölkəsinə təhvil verib. Ekstradisiya ilə əlaqədar ikitərəfli müqavilə olmalıdır. Biz bu prosesi qəbul etmiş olsaq, o deməkdir ki, hərbçilərimizin cinayətkar olduğunu etiraf etmiş oluruq.

Amma onlar cinayətkar deyillər, hərbi əsirdirlər. Müharibə zonasında yolu azıblar. Buna görə də onların azad olunması beynəlxalq hüquq normalarına uyğun diplomatik yolla, yaxud üçüncü tərəfin, konkret olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə mümkündür. Həmin təşkilat vasitəsilə danışıqlara getmək olar. 

Azərbaycanda məhkum olunmuş, cinayət tərkibli şəxsləri Ermənistana qarşılıqlı addım kimi təhvil vermək olar. Onlar da bizim hərbi əsirlərimizi təhvil verə bilərlər. Yəqin ki, Ermənistan da bu məsələdə maraqlıdır. Başqa bir çıxış yolu yoxdur. Dövlət o əsirləri azad etmək üçün ora hücum edəsi deyil”.

Ekspert əlavə edib ki, əsir düşən hərbi qulluqçularımızın üzərindən saxta ittihamların götürülməsi də qarşılıqlı razılaşma əsasında mümkündür:

“Məsələ əgər diplomatik və ya Beynəlxalq Qızıl Xaç Komitəsi yolu ilə həll olunursa, onlar cəza çəkməmiş şəxslər kimi nəzərdən keçirilir. Ermənistan əsirlərimizin yolu azmasından istifadə edib, qanunsuz məhkəmə hökmü çıxarıblar. Bu əsirlərimiz də eynən Dilqəm Əsgərov və Şahbaz Quliyevin ssenarisini yaşayırlar”.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda əsir saxlanılan əsgərlərimizə ən son aprelin 19-da baş çəkib.

Xatırladaq ki, aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər.

Ermənistan tərəfi onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il,  Aqşin Bəbirov isə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da bildirək ki, Azərbaycanla Ermənistan nümayəndələri arasında olan razılığa əsasən yolu azaraq qarşı tərəfə keçən şəxs maksimum iki günə qaytarılmalıdır. Lakin Ermənistan tərəfi bu razılaşmaya əməl etmir.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bir az vicdanınız olsun" – FOTO

"Bir az vicdanınız olsun" – FOTO

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

End of content

No more pages to load

RADİO