İran-Ermənistan tandeminin EKOTERRORU – Arazın suyunu necə ZƏHƏRƏ ÇEVİRİRLƏR? 

Azərbaycan əhalisinin suya olan tələbatı əsasən Kür və Araz çaylarının hesabına ödənilir. Hər iki çay öz mənbəyini Türkiyədən götürür, Gürcüstan və Ermənistan ərazilərindən keçərək Azərbaycan ərazisindən Xəzər dənizinə tökülür. 

Bu ölkələrin ərazilərində çay suları xeyli miqdarda sənaye və məişət tullantıları ilə çirklənir. İllərlə davam edən bu proseslər nəticəsində hər iki çay, xüsusən də Araz çayı kimyəvi və radioaktiv tullantılarla çirklənib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Monitorinq Departamentinin məlumatına əsasən Meğri, Qaçaran, Qafan və Dəstəkert dağ-mədən kombinatlarının yüz min tonlarla qatı turş suları, ağır metal duzları Arazın qolu olan Oxçuçaya axıdılır. 

Ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı normadan 25-50 dəfə, fenolların miqdarı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq olub. Son 40 ildə Araz çayının Saatlı məntəqəsində suyun minerallaşması 400 mq/l-dən 1300 mq/l-ə qədər artıb. Metsomor AES-in fəaliyyəti nəticəsində hər sutka ərzində Araz çayına 12-16 min m3 radioaktiv tullantı axıdılır.

Maraqlıdır ki, İran tərəfi Ermənistanın bu addımına susqunluqla yanaşır. Belə ki, İran rəsmilərinin verdiyi bəyanatlarda, Ermənistanın sənaye müəssisələri tərəfindən Araz çayının çirkləndirilməsi faktı dəfələrlə təkzib edilib.
Bu isə təəccüb doğurmamalıdır. Görünən qədərilə, Azərbaycana qarşı hər sferada ortaq olan İran-Ermənistan tandemi Arazın suyunun zəhərə çevrilməsində də əlbirdirlər. 

Araz çayının bu qədər çirklənməsinin müqəssirləri kimlərdir? 

Bizim.Media-ya açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev bildirir ki, Araz çayının çirkləndirilməsində müqəssir ölkə Ermənistandır:

“Araz çayını çirkləndirən ölkə Ermənistandır. Çaya yaxın ərazidə Ermənistanın bir sıra kimyəvi zavodları var. İndi də çaya yaxın ərazidə metallurgiya zavodu tikilir. Bu da onu göstərir ki, Ermənistan çayı çirkləndirməyə davam etmək niyyətindədir. Həmin zavodların çirkli tullantıları təmizliyə məruz qalmadan Araz çayına buraxılır. 

Bu problem bir əsrdən çoxdur ki, davam edir. Etirazların hələlik heç bir nəticəsi yoxdur. Dəfələrlə bu barədə yazılıb, tədqiqatlar da aparılıb. Amma Ermənistan yenə də öz ampluasındadır. Ermənistan “Su haqqında” beynəlxalq müqaviləni də imzalamayıb.
Ermənistanın bu çirkin niyyəti nəticəsində elə vaxt olur ki, Araz çayının suyu nəinki içməyə, heç suvarmaya da yararsız hala gəlir. 

Məsələ ilə bağlı beynəlxalq təşkilatlar ayağa qalxmasa, vəziyyət dəyişməyəcək və Ermənistan yenə də çayı çirkləndirməyə davam edəcək. Hər halda çayı çirkləndirən ölkələrə münasibətdə ciddi nəzarət olmalı, onlara təzyiq edilməli, ciddi cərimələt tətbiq edilməlidir ki, İrəvan bu bəd niyyətindən əl çəksin. Amma heç bu da yoxdur. Ona görə də Ermənistan Arazı çirkləndirməyə davam edir”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bir az vicdanınız olsun" – FOTO

"Bir az vicdanınız olsun" – FOTO

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

End of content

No more pages to load

RADİO