AŞPA-dan sülhə növbəti ƏNGƏL – Laçında gərginlik ssenarisi nəyə HESABLANIB?

Xəbər verildiyi kimi, iyunun 22-də Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçiriləcək yay sessiyasında “Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi” mövzusunda müzakirə keçiriləcək. 

AŞPA prezidenti Tini Koks sessiyanın açılışında qeyd edib ki, bu həftə gündəliyə Ermənistan və Azərbaycan arasında gərginliyin yüksək olaraq qaldığı Laçın dəhlizindəki olduqca narahatedici vəziyyətlə bağlı təcili müzakirələr daxildir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu mövzuda müzakirələrin keçirilməsinin əleyhinə olduğunu, bunun Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə mənfi təsirlər göstərə biləcəyini deyib.

“Bu debat bizə əlavə problemlər və başağrısı yarada bilər. Ermənistanla Azərbaycan arasında münasibətlərin tarixində ilk dəfə olaraq biz sülhə bu qədər yaxınlaşmışıq və bu müdaxilə mənfi təsirlər doğura bilər.

Ona görə nümayəndə heyətim adından deyirəm, əlbəttə ki, biz Assambleyanın qərarını nəzərə alacağıq, lakin bu məsələni müzakirə etmək üçün uyğun vaxt deyil”, Səməd Seyidov vurğulayıb.

Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan isə debatın keçirilməsinin vacib olduğunu deyib.

“Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə danışıqlar aparmasından asılı olmayaraq, aktual humanitar məsələlər və Dağlıq Qarabağda cərəyan edən böhranla bağlı istənilən növ debat vacibdir və heç bir şəkildə bu danışıqlara xələl gətirə bilməz”, Rubinyan qeyd edib.

Mövzunun gündəliyə salınması ilə bağlı səsvermədə iştirak edən 94 deputatdan 73-ü lehinə, 15-i əleyhinə səs verib, 6 deputat isə bitərəf qalıb.

Onu da qeyd edək ki, mövzunun Assambleyada müzakirəyə çıxarılması ilə bağlı təklifi AŞPA-nın Miqrasiya, Qaçqınlar və Köçkünlər üzrə Komitəsi verib.

Komitə bu ilin martında daha əvvəl Azərbaycan-Ermənistan münaqişəsinin humanitar fəsadlarına dair hesabatın müəllifi olan irlandiyalı deputat Pol Qavanı “Laçın dəhlizinin blokadasının humanitar nəticələrinin aradan qaldırılması” mövzusunda məruzəçi təyin edib. 

Komitənin may ayında baş tutan toplantısında hesabatın adı “Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi”nə dəyişdirilib və yay sessiyasında Assambleyanın müzakirəsinə çıxarılması üçün təklif irəli sürülüb.

Xatırladaq ki, aprelin 23-də Azərbaycan Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Ermənistan tərəfi bu addımın 2020-ci ilin 9 noyabr tarixində imzalanan üçtərəfli bəyanata zidd olduğunu bildirir.

Rəsmi Bakı isə 9 noyabr bəyanatı üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə hər iki istiqamətdə, Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradıldığını bildirib.

Bu addım onu göstərir ki, bəzi digər beynəlxalq qurumlar kimi AŞ PA da Azərbaycana qarşı ikili srtandartlardan çıxış etməkdə davam edir.

Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasov bildirir ki, AŞ PA Laçın yolunda süni gərginlik yaratmaqda maraqlıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Qərbi Azərbaycanla bağlı bəyannamə AŞPA-nın rəsmi sənədi kimi dərc OLUNDU


“AŞ PA Azərbaycan üçün deyərdim ki, düşmən yuvasıdır. Orada bir çox deputatlar Azərbaycanla bağlı qeyri-sağlam mövqedən çıxış edirlər. Onların ölkəmizlə bağlı məsələlərə qərəzli yanaşdığının dəfələrlə şahidi olmuşuq. Bu qurum müzakirə obyekti olan məsələləri qulaqardına vurur, lazımsız məsələləri isə şişirdərək gündəmə gətirirlər. 

AŞ PA hələ Azərbaycan torpaqlarının işğalı dövründə 1 milyona yaxın qaçqın və məcburi köçkün məsələsinə hər zaman formal yanaşıb. Həmin dövrdə AŞ PA Azərbaycanın haqlı tələblərinə münasibətdə heç bir prinsipial mövqe sərgiləməyib. Amma Azərbaycanın zəfərindən sonra sanki onların “qeyrəti” oyanıb. 

Bu müstəvidə AŞ PA çalışır ki, Laçın yolundakı vəziyyətlə bağlı süni gərginlik yaratsın. İddia edirlər ki, guya prosesi çətinləşdirən Azərbaycandır. Halbuki, Azərbaycan dəfələrlə bəyan edib ki, sülhün əldə edilməsinə çalışır. Lazım gəlsə, Azərbaycan Ermənistanı sülhə də məcbur edəcək”. 

Politoloq qeyd edir ki, AŞ PA-dakı deputatlar muzdlu şəkildə fəaliyyət göstərir:

“AŞ PA-da real vəziyyətin nədən ibarət olduğunu bilir. Amma bir çox deputatlar muzdlu şəkildə fəaliyyət göstərdiklərindən, çalışırlar ki, Azərbaycanı ittiham etsinlər. Lakin onların yalanı heç zaman ayaq tutub yeriməyəcək. Azərbaycan öz istəyinə nail olub və olacaq”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bir az vicdanınız olsun" – FOTO

"Bir az vicdanınız olsun" – FOTO

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Azərbaycanda qadın müəllimlərin xüsusi çəkisi artıb

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Sevdikləri insanları heç vaxt yarı yolda qoymayan BÜRCLƏR

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran MADDƏ

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

Səhv karta göndərilən pul üçün bank nə edə bilər? — Açıqlama

İranda dollar yeni rekord vurdu - FOTO

İranda dollar yeni rekord vurdu - FOTO

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Qapımız həmişə qardaş Azərbaycana açıqdır – Səidə Mirziyayeva

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

End of content

No more pages to load

RADİO