İlham Əliyevdən Ərdoğana: “Türkiyənin uğurları qardaş ölkə olaraq bizi də qürurlandırır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının Prezidenti vəzifəsinə keçirilən seçkilərdə yenidən qazandığınız qələbə münasibətilə Sizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Azərbaycan xalqı da bu seçkiləri böyük diqqət və həyəcanla izləyirdi.
Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir.

Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir.

Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. /

Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır.

Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur.

Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir.

Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır.

Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm.

Əminəm ki, xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi “Bir millət iki dövlət” və “Bir yumruq” fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir.
Bu zəfər sevincinizi Sizinlə bölüşərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin çiçəklənməsi, xalqınızın əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ənənəvi telefon zəngləri TARİXƏ QOVUŞUR?

Ənənəvi telefon zəngləri TARİXƏ QOVUŞUR?

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın sıxlığı aradan qaldırıldı – RƏSMİ

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın sıxlığı aradan qaldırıldı – RƏSMİ

Aftandil İsrafilovun villası satışa çıxarılıb? - Qızı HƏQİQƏTİ AÇIQLADI

Aftandil İsrafilovun villası satışa çıxarılıb? - Qızı HƏQİQƏTİ AÇIQLADI

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

“Sabah”ın möhtəşəm geridönüşü dünya mətbuatının gündəmində - FOTO

“Sabah”ın möhtəşəm geridönüşü dünya mətbuatının gündəmində - FOTO

Dünya əhalisi 9 milyardda dayanacaq, sonra azalma başlayacaq – alimlər tarix açıqladı

Dünya əhalisi 9 milyardda dayanacaq, sonra azalma başlayacaq – alimlər tarix açıqladı

Səhv karta göndərilən pul necə geri alınır?

Səhv karta göndərilən pul necə geri alınır?

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto

“Diplomu tanınmayacaq” QORXUSU - Özəl universitetlərə inamsızlığın arxasında nə dayanır?

“Diplomu tanınmayacaq” QORXUSU - Özəl universitetlərə inamsızlığın arxasında nə dayanır?

Fridrix Merts istefa verəcək?

Fridrix Merts istefa verəcək?

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

Kəsilmiş qarpızı necə saxlamaq lazımdır?— Texnoloq ən yaxşı üsulu açıqladı

Kəsilmiş qarpızı necə saxlamaq lazımdır?— Texnoloq ən yaxşı üsulu açıqladı

Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı AÇIQLANDI

Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı AÇIQLANDI

Sürücülük vəsiqəsi olmayan gənc beş yaşlı qızın ölümünə səbəb oldu – VİDEO

Sürücülük vəsiqəsi olmayan gənc beş yaşlı qızın ölümünə səbəb oldu – VİDEO

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

Nələrə düşünmədən reaksiya veririk? – Beyinin şüurdan əvvəl verdiyi ani qərarlar

Nələrə düşünmədən reaksiya veririk? – Beyinin şüurdan əvvəl verdiyi ani qərarlar

Süni mayalanma ilə bağlı ARAŞDIRMA: Uşaqların sağlamlığı üçün potensial RİSKLƏR

Süni mayalanma ilə bağlı ARAŞDIRMA: Uşaqların sağlamlığı üçün potensial RİSKLƏR

Prezident “Sabah”ı belə təbrik etdi – FOTO

Prezident “Sabah”ı belə təbrik etdi – FOTO

Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq həyatını itirdi

Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq həyatını itirdi

Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Ukraynanın ABŞ-dakı yeni səfiri Kuleba ola bilər – KİV

Ukraynanın ABŞ-dakı yeni səfiri Kuleba ola bilər – KİV

"Sabah" Çempionlar Liqasına vəsiqə ilə nə qədər qazandı?

"Sabah" Çempionlar Liqasına vəsiqə ilə nə qədər qazandı?

Bir siqaret ömürdən nə qədər aparır? - Alimlər rəqəmi açıqladı

Bir siqaret ömürdən nə qədər aparır? - Alimlər rəqəmi açıqladı

End of content

No more pages to load

RADİO