Azərbaycan-Gürcüstan sərhədində həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamət üzrə nəqliyyat vasitələrinin sıxlığı aradan qalxıb, növbələr minimuma enib.
Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, hazırda Azərbaycandan çıxış istiqamətində "Qırmızı Körpü" dövlət sərhədindən buraxılış məntəqəsində 330, "Mazımqara" dövlət sərhədindən buraxılış məntəqəsində isə 56 nəqliyyat vasitəsi növbə gözləyir.
Bizim.Media