Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kulebanın ABŞ-da səfir vəzifəsinə namizədliyi nəzərdən keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə “RBC-Ukraine” mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müavini Pavlo Palisa da namizədlər siyahısında yer alıb.
Qeyd edək ki, təxminən bir aydır ki, Ukrayna rəhbərliyi kadr çatışmazlığı və potensial namizədlərin rədd edilməsi səbəbindən ABŞ-a yeni səfir təyin edə bilmir.
Bizim.Media