Serbiyada sürücülük hüququ olmayan şəxs idarəetməni itirərək səkidə hərəkət edən iki uşaqlı ailəni vurub.
Bizim.Media xəbər verir ki, dəhşətli qəza nəticəsində 5 yaşlı qız uşağı həyatını itirib, 4 nəfər isə yaralanıb.
Məlumata görə, 26 yaşlı J.A.-nın idarə etdiyi avtomobil ötmə əməliyyatı həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsilə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra isə uşaq arabası ilə yürüş edən ailəyə çırpılıb.
Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan 5 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb. 32 yaşlı ana və digər azyaşlı qızının müalicəsi isə xəstəxanada davam etdirilir.
Araşdırmalar zamanı sürücülük vəsiqəsinin olmadığı üzə çıxan 26 yaşlı J.A. hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı genişmiqyaslı təhqiqat aparılır.
Bizim.Media