Laçın rayonunda şahin quşları təbiətə buraxıldı - FOTO

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisində Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib.

Bizim.Media xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Laçında İşğal və Zəfər Muzeyi Kompleksinin təməli qoyuldu - FOTO


Əvvəlcə Prezident İlham Əliyevin iştirakı ilə ölkə ərazisində reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində rayonun ərazisinə boyunlarına xüsusi siqnalötürücü xaltalar bağlanmış Şərqi Qafqaz turları və şahin quşları təbiətə buraxılıb.

Məlumat verilib ki, Şərqi Qafqaz turları ölkəmizdə Böyük Qafqazın Cənub və Şərq yamaclarında daha geniş yayılıb.

Əsasən dəniz səviyyəsindən 1000-3000 metr hündürlükdə yaşayan bu heyvanların sayı ölkəmizdə 7-8 min başdır. Şərqi Qafqaz turlarının fəallığı mövsümdən və yem bazasından asılı olaraq dəyişir. Vaxtilə bu heyvanlar Kiçik Qafqaz dağlarında da yaşasalar da, sonradan həmin ərazidə nəsli tükənib.

Həmçinin qeyd olunub ki, adı “Qırmızı Kitab”a düşən şahin quşları Qətərdən Azərbaycana gətirilib. Bundan əvvəl də 200-dək şahin quşu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qətər Dövlətinin Proqramı çərçivəsində ölkəmizin bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə Xızı, Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılıb.

Dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olunub.

Bildirilib ki, Laçın rayonu işğaldan azad olunduqdan sonra 2022-ci il sentyabrın 5-8-də rayon ərazisində monitorinq aparılıb.

Monitorinq zamanı Laçın şəhəri ərazisində 10 müxtəlif yerdə ümumilikdə 13 hektar yaşıllıq sahəsinin, Laçın yolu adlandırılan ərazidə isə 448,8 hektar meşə sahəsinin yandırılması faktı müəyyən edilib. Yaşıllıq sahəsinin yandırılması nəticəsində müxtəlif növ 7135 ağacın, sıx örtülü meşə sahəsinin məhv edildiyi aşkarlanıb.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində də iştirak edib.
Dövlətimizin başçısına nadir və həssas növlərin artırılması və populyasiyalarının bərpası istiqamətində otuz ildən sonra ilk dəfə Qarabağda və Şərqi Zəngəzurda fauna və flora növlərinin tədqiqi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qırmızı Kitab”ın üçüncü nəşri ilə bağlı görülmuş işlər və perspektivlər barədə məlumat verilib.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə ötən dövrdə fauna növlərindən 33 baş ceyran öz tarixi areallarına qaytarılıb.

Otuz ilə yaxın işğal dövründə ekoloji tarazlığın pozulması, regiona xas növlərin yaşama yerlərinin fraqmentləşməsi kimi mənfi halların aradan qaldırılması üçün təbii bərpa prosesinə dəstək tədbirləri davam etdiriləcək.

Bildirilib ki, işğal dövründə tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurularaq modernləşdirilib.

Ərazidən axan əsas çaylar üzərində 11 avtomat hidroloji, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5 avtomat meteoroloji, Zəngilan rayonundakı “Ağıllı kənd” ərazisində avtomat aqrometeoroloji, həmçinin transsərhəd ərazilərdə radiasiya fonunun nəzarətdə saxlanılması məqsədilə avtomat radioekoloji stansiyalar quraşdırılıb.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə formalaşan bərk məişət tullantılarının idarə olunması istiqamətində görülən işlər barədə də məlumat verildi. Bu ərazilərdə tullantıların müasir standartlara uyğun idarə olunması üçün xüsusi təyinatlı texnika və avadanlıqların alındığı və Regional Strategiyanın hazırlandığı diqqətə çatdırılıb.




























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıldan don geyindi

Qızıldan don geyindi

“iPhone 18” bu rənglərdə olacaq - (Foto)

“iPhone 18” bu rənglərdə olacaq - (Foto)

DİM sədri “azalacaq” demişdi: ballar niyə artdı?

DİM sədri “azalacaq” demişdi: ballar niyə artdı?

Tuna balığı və ya qızılbalıq deyil: Ən sağlam konservləşdirilmiş balıq bəlli oldu

Tuna balığı və ya qızılbalıq deyil: Ən sağlam konservləşdirilmiş balıq bəlli oldu

Sarkisyanın Ermənistandan çıxışına QADAĞA QOYULDU

Sarkisyanın Ermənistandan çıxışına QADAĞA QOYULDU

Bu ilin ən yaşlı tələbəsi: “Məni ən çox sevindirən nəvələrimin təbriki oldu”

Bu ilin ən yaşlı tələbəsi: “Məni ən çox sevindirən nəvələrimin təbriki oldu”

Azərbaycanda nağdsız ödənişlərin həcmi ARTIB

Azərbaycanda nağdsız ödənişlərin həcmi ARTIB

Gəncədə 16 yaşlı oğlan həmyerlisini BIÇAQLADI

Gəncədə 16 yaşlı oğlan həmyerlisini BIÇAQLADI

Ənənəvi telefon zəngləri TARİXƏ QOVUŞUR?

Ənənəvi telefon zəngləri TARİXƏ QOVUŞUR?

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın sıxlığı aradan qaldırıldı – RƏSMİ

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın sıxlığı aradan qaldırıldı – RƏSMİ

Aftandil İsrafilovun villası satışa çıxarılıb? - Qızı HƏQİQƏTİ AÇIQLADI

Aftandil İsrafilovun villası satışa çıxarılıb? - Qızı HƏQİQƏTİ AÇIQLADI

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

“Sabah”ın möhtəşəm geridönüşü dünya mətbuatının gündəmində - FOTO

“Sabah”ın möhtəşəm geridönüşü dünya mətbuatının gündəmində - FOTO

Çin və Nepal arasındakı sərhəd-keçid məntəqəsində torpaq sürüşməsi – VİDEO

Çin və Nepal arasındakı sərhəd-keçid məntəqəsində torpaq sürüşməsi – VİDEO

Dünya əhalisi 9 milyardda dayanacaq, sonra azalma başlayacaq – alimlər tarix açıqladı

Dünya əhalisi 9 milyardda dayanacaq, sonra azalma başlayacaq – alimlər tarix açıqladı

Səhv karta göndərilən pul necə geri alınır?

Səhv karta göndərilən pul necə geri alınır?

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - FOTO/VİDEO

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - FOTO/VİDEO

“Diplomu tanınmayacaq” QORXUSU - Özəl universitetlərə inamsızlığın arxasında nə dayanır?

“Diplomu tanınmayacaq” QORXUSU - Özəl universitetlərə inamsızlığın arxasında nə dayanır?

Fridrix Merts istefa verəcək?

Fridrix Merts istefa verəcək?

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

Kəsilmiş qarpızı necə saxlamaq lazımdır?— Texnoloq ən yaxşı üsulu açıqladı

Kəsilmiş qarpızı necə saxlamaq lazımdır?— Texnoloq ən yaxşı üsulu açıqladı

Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı AÇIQLANDI

Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı AÇIQLANDI

Sürücülük vəsiqəsi olmayan gənc beş yaşlı qızın ölümünə səbəb oldu – VİDEO

Sürücülük vəsiqəsi olmayan gənc beş yaşlı qızın ölümünə səbəb oldu – VİDEO

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

End of content

No more pages to load

RADİO