Gəncədə tərəflər arasında mübahisə qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Hüseyn İsayev bədənin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir. İlkin versiyaya görə, hadisəni 2010-cu il təvəllüdlü A. Həsənovun törətdiyi ehtimal olunur.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu