Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyulub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Antikorrupsiya Komitəsi məlumat yayıb.
Səyahət qadağası Sarkisyan, Robert Köçəryan və oğlu Sedrak Köçəryanla bağlı cinayət işinin bir hissəsi olaraq tətbiq edilib.
Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb. 24 avqustda Baş prokuror Ermənistan Respublikasının ikinci Prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə bağlı ictimai cinayət təqibi başladıb.
Eyni zamanda, daha doqquz nəfərə qarşı, o cümlədən Köçəryanın oğlu Sedrak, keçmiş müdafiə naziri S. S. (2000-2007-ci illərdə bu vəzifəni Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan tutub), keçmiş Baş nazir A. M. (Andranik Marqaryan 2000-2007-ci illərdə Ermənistanın Baş naziri olub), İrəvanın sabiq meri Q. B. (Qaqik Beqlaryan) və digərlərinə cinayət işi açılıb.
Bizim.Media