Laçının Baş planını İsveçrə şirkəti hazırlayıb - DETALLAR - FOTO

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevə Baş planda nəzərdə tutulan tədbirlər və plana əsasən görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu - İsveçrənin “SA Partners” şirkətinin iştirakı ilə hazırlanıb.

Şirkətin həmtəsisçisi və tərəfdaşı Dunya Kovari-Binggeli bildirib ki, Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, fəal rekreasiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradacaq. Beynəlxalq Hava Limanının yaxınlığında, beynəlxalq və respublika əhəmiyyətli bir sıra avtomobil yollarının kəsişməsində yerləşdiyi üçün şəhər regiona giriş qapısı funksiyasını daşımaqla çoxşaxəli inkişaf istiqamətlərinə malik olacaq.

Laçın şəhərinin mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış ərazilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb.
Diqqətə çatdırılıb ki, Baş planın konseptual əsasını “Təbiətlə vəhdətdə olan şəhər” yanaşması təşkil edir. Buraya urbanizasiya mərkəzinin xüsusiyyətlərinin formalaşdırılması, iqtisadi şaxələndirmənin təmin edilməsi, ekoloji həssas ərazilərin mühafizəsi, yaşıl enerji mənbələrindən və müasir texniki infrastruktur texnologiyalarından istifadə, həmçinin şəhər xidmətlərinə piyada əlçatanlığının artırılması daxildir. Plana əsasən, Laçın şəhəri “ağıllı idarəetmə”, müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək.

Qeyd olunub ki, Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib.

Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur.
Xatırladaq ki, ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq yerli ənənələrə, müasir yanaşmalara əsaslanan və Laçın şəhərinin özünəməxsus simasının formalaşdırılmasında istifadə ediləcək memarlıq layihələri həyata keçiriləcək.

Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıldan don geyindi

Qızıldan don geyindi

“iPhone 18” bu rənglərdə olacaq - (Foto)

“iPhone 18” bu rənglərdə olacaq - (Foto)

DİM sədri “azalacaq” demişdi: ballar niyə artdı?

DİM sədri “azalacaq” demişdi: ballar niyə artdı?

Tuna balığı və ya qızılbalıq deyil: Ən sağlam konservləşdirilmiş balıq bəlli oldu

Tuna balığı və ya qızılbalıq deyil: Ən sağlam konservləşdirilmiş balıq bəlli oldu

Sarkisyanın Ermənistandan çıxışına QADAĞA QOYULDU

Sarkisyanın Ermənistandan çıxışına QADAĞA QOYULDU

Bu ilin ən yaşlı tələbəsi: “Məni ən çox sevindirən nəvələrimin təbriki oldu”

Bu ilin ən yaşlı tələbəsi: “Məni ən çox sevindirən nəvələrimin təbriki oldu”

Azərbaycanda nağdsız ödənişlərin həcmi ARTIB

Azərbaycanda nağdsız ödənişlərin həcmi ARTIB

Gəncədə 16 yaşlı oğlan həmyerlisini BIÇAQLADI

Gəncədə 16 yaşlı oğlan həmyerlisini BIÇAQLADI

Ənənəvi telefon zəngləri TARİXƏ QOVUŞUR?

Ənənəvi telefon zəngləri TARİXƏ QOVUŞUR?

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın sıxlığı aradan qaldırıldı – RƏSMİ

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın sıxlığı aradan qaldırıldı – RƏSMİ

Aftandil İsrafilovun villası satışa çıxarılıb? - Qızı HƏQİQƏTİ AÇIQLADI

Aftandil İsrafilovun villası satışa çıxarılıb? - Qızı HƏQİQƏTİ AÇIQLADI

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

“Sabah”ın möhtəşəm geridönüşü dünya mətbuatının gündəmində - FOTO

“Sabah”ın möhtəşəm geridönüşü dünya mətbuatının gündəmində - FOTO

Çin və Nepal arasındakı sərhəd-keçid məntəqəsində torpaq sürüşməsi – VİDEO

Çin və Nepal arasındakı sərhəd-keçid məntəqəsində torpaq sürüşməsi – VİDEO

Dünya əhalisi 9 milyardda dayanacaq, sonra azalma başlayacaq – alimlər tarix açıqladı

Dünya əhalisi 9 milyardda dayanacaq, sonra azalma başlayacaq – alimlər tarix açıqladı

Səhv karta göndərilən pul necə geri alınır?

Səhv karta göndərilən pul necə geri alınır?

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - FOTO/VİDEO

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - FOTO/VİDEO

“Diplomu tanınmayacaq” QORXUSU - Özəl universitetlərə inamsızlığın arxasında nə dayanır?

“Diplomu tanınmayacaq” QORXUSU - Özəl universitetlərə inamsızlığın arxasında nə dayanır?

Fridrix Merts istefa verəcək?

Fridrix Merts istefa verəcək?

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

Kəsilmiş qarpızı necə saxlamaq lazımdır?— Texnoloq ən yaxşı üsulu açıqladı

Kəsilmiş qarpızı necə saxlamaq lazımdır?— Texnoloq ən yaxşı üsulu açıqladı

Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı AÇIQLANDI

Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı AÇIQLANDI

Sürücülük vəsiqəsi olmayan gənc beş yaşlı qızın ölümünə səbəb oldu – VİDEO

Sürücülük vəsiqəsi olmayan gənc beş yaşlı qızın ölümünə səbəb oldu – VİDEO

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

End of content

No more pages to load

RADİO