İlham Əliyev Laçında Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub - FOTO 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub. 

Bizim.Media xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Laçında “Qorçu” yarımstansiyasının açılışında iştirak edib - FOTO


Bildirildi ki, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq.

Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib. 

Məlumat verildi ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub.

Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.

İyun ayından artıq keramik məhsullar fabriki fəaliyyətə başlayacaq. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili də nəzərdə tutulub. 
Prezident İlham Əliyev yolüstü balıq istehsalı müəssisəsinə də baxdı. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıldan don geyindi

Qızıldan don geyindi

“iPhone 18” bu rənglərdə olacaq - (Foto)

“iPhone 18” bu rənglərdə olacaq - (Foto)

DİM sədri “azalacaq” demişdi: ballar niyə artdı?

DİM sədri “azalacaq” demişdi: ballar niyə artdı?

Tuna balığı və ya qızılbalıq deyil: Ən sağlam konservləşdirilmiş balıq bəlli oldu

Tuna balığı və ya qızılbalıq deyil: Ən sağlam konservləşdirilmiş balıq bəlli oldu

Sarkisyanın Ermənistandan çıxışına QADAĞA QOYULDU

Sarkisyanın Ermənistandan çıxışına QADAĞA QOYULDU

Bu ilin ən yaşlı tələbəsi: “Məni ən çox sevindirən nəvələrimin təbriki oldu”

Bu ilin ən yaşlı tələbəsi: “Məni ən çox sevindirən nəvələrimin təbriki oldu”

Azərbaycanda nağdsız ödənişlərin həcmi ARTIB

Azərbaycanda nağdsız ödənişlərin həcmi ARTIB

Gəncədə 16 yaşlı oğlan həmyerlisini BIÇAQLADI

Gəncədə 16 yaşlı oğlan həmyerlisini BIÇAQLADI

Ənənəvi telefon zəngləri TARİXƏ QOVUŞUR?

Ənənəvi telefon zəngləri TARİXƏ QOVUŞUR?

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın sıxlığı aradan qaldırıldı – RƏSMİ

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın sıxlığı aradan qaldırıldı – RƏSMİ

Aftandil İsrafilovun villası satışa çıxarılıb? - Qızı HƏQİQƏTİ AÇIQLADI

Aftandil İsrafilovun villası satışa çıxarılıb? - Qızı HƏQİQƏTİ AÇIQLADI

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

“Sabah”ın möhtəşəm geridönüşü dünya mətbuatının gündəmində - FOTO

“Sabah”ın möhtəşəm geridönüşü dünya mətbuatının gündəmində - FOTO

Çin və Nepal arasındakı sərhəd-keçid məntəqəsində torpaq sürüşməsi – VİDEO

Çin və Nepal arasındakı sərhəd-keçid məntəqəsində torpaq sürüşməsi – VİDEO

Dünya əhalisi 9 milyardda dayanacaq, sonra azalma başlayacaq – alimlər tarix açıqladı

Dünya əhalisi 9 milyardda dayanacaq, sonra azalma başlayacaq – alimlər tarix açıqladı

Səhv karta göndərilən pul necə geri alınır?

Səhv karta göndərilən pul necə geri alınır?

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - FOTO/VİDEO

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - FOTO/VİDEO

“Diplomu tanınmayacaq” QORXUSU - Özəl universitetlərə inamsızlığın arxasında nə dayanır?

“Diplomu tanınmayacaq” QORXUSU - Özəl universitetlərə inamsızlığın arxasında nə dayanır?

Fridrix Merts istefa verəcək?

Fridrix Merts istefa verəcək?

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

Kəsilmiş qarpızı necə saxlamaq lazımdır?— Texnoloq ən yaxşı üsulu açıqladı

Kəsilmiş qarpızı necə saxlamaq lazımdır?— Texnoloq ən yaxşı üsulu açıqladı

Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı AÇIQLANDI

Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı AÇIQLANDI

Sürücülük vəsiqəsi olmayan gənc beş yaşlı qızın ölümünə səbəb oldu – VİDEO

Sürücülük vəsiqəsi olmayan gənc beş yaşlı qızın ölümünə səbəb oldu – VİDEO

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

End of content

No more pages to load

RADİO