Laçının Şəlvə kəndində 445 fərdi ev tikiləcək - FOTO

 Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak edib. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına Şəlvə kəndi barədə məlumat verildi. 
 

MÖVZU İLƏ BAĞLI:

Laçının Qorçu qəsəbəsinin təməli qoyulub - FOTO 


Bildirildi ki, rayonun şimalında, Şəlvə çayın sahilində, dəniz səviyyəsindən 1540 metr yüksəklikdə yerləşən Şəlvə kəndindən Laçın şəhərinə qədər məsafə 55 kilometrdir. Yenidən qurulacaq yaşayış məntəqəsinin tərkibinə yaxınlıqda yerləşən İmanlar kəndi də daxil ediləcək. 

Qeyd olundu ki, layihələndirilən ərazinin ümumi sahəsi 128,28 hektardır. Ərazidə 445 fərdi evin inşası nəzərdə tutulub. Birinci mərhələdə Şəlvə kəndinə qayıdacaq 494 sakin üçün 130 fərdi ev tikiləcək.

Bundan başqa, kənd ərazisində inzibati bina, mədəniyyət evi, 264 şagird yerlik məktəb, 60 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi, bazar kompleksi və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. İşğaldan əvvəl fəaliyyət göstərən və məcburi köçkünlük dövründə fəaliyyətini davam etdirən Şəlvə kənd musiqi məktəbi də yenidən tikiləcək. 

Diqqətə çatdırıldı ki, kəndin ümumi konsepsiyası ərazinin coğrafi şəraiti, relyefi, mövcud və planlaşdırılan infrastrukturu, həmçinin tarixi quruluşu nəzərə alınaraq, müasir təcrübəyə uyğun orqanik layihələndirmə prinsipləri əsasında işlənilib.

Yamacda yerləşən ərazilər əsasən evlərdən ibarət məhəllələr üçün nəzərdə tutulub və relyefə uyğun dolama küçələrlə əlaqələndirilib. 

Müəyyən yerlərdə məhəllə meydanları layihələndirilib. İctimai binaların və fərdi evlərin memarlığı yerli ənənələrdən ilhamlanaraq, müasir standartlara uyğun dizayn edilib. Kənd ərazisində yerləşən və orta əsrlərə aid olan tarixi məbədin konservasiyası da nəzərdə tutulur.
Bundan başqa, kəndin yerləşdiyi ərazinin səfalı və gözəl, bu səbəbdən turizm üçün əlverişli olmasını nəzərə alaraq, gələcəkdə burada Şəlvə çayının sahilində qonaq evinin və kotteclərin tikilməsi planlaşdırılır. 

Prezident İlham Əliyev kəndin təməlini qoydu. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıldan don geyindi

Qızıldan don geyindi

“iPhone 18” bu rənglərdə olacaq - (Foto)

“iPhone 18” bu rənglərdə olacaq - (Foto)

DİM sədri “azalacaq” demişdi: ballar niyə artdı?

DİM sədri “azalacaq” demişdi: ballar niyə artdı?

Tuna balığı və ya qızılbalıq deyil: Ən sağlam konservləşdirilmiş balıq bəlli oldu

Tuna balığı və ya qızılbalıq deyil: Ən sağlam konservləşdirilmiş balıq bəlli oldu

Sarkisyanın Ermənistandan çıxışına QADAĞA QOYULDU

Sarkisyanın Ermənistandan çıxışına QADAĞA QOYULDU

Bu ilin ən yaşlı tələbəsi: “Məni ən çox sevindirən nəvələrimin təbriki oldu”

Bu ilin ən yaşlı tələbəsi: “Məni ən çox sevindirən nəvələrimin təbriki oldu”

Azərbaycanda nağdsız ödənişlərin həcmi ARTIB

Azərbaycanda nağdsız ödənişlərin həcmi ARTIB

Gəncədə 16 yaşlı oğlan həmyerlisini BIÇAQLADI

Gəncədə 16 yaşlı oğlan həmyerlisini BIÇAQLADI

Ənənəvi telefon zəngləri TARİXƏ QOVUŞUR?

Ənənəvi telefon zəngləri TARİXƏ QOVUŞUR?

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın sıxlığı aradan qaldırıldı – RƏSMİ

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyatın sıxlığı aradan qaldırıldı – RƏSMİ

Aftandil İsrafilovun villası satışa çıxarılıb? - Qızı HƏQİQƏTİ AÇIQLADI

Aftandil İsrafilovun villası satışa çıxarılıb? - Qızı HƏQİQƏTİ AÇIQLADI

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

“Sabah”ın möhtəşəm geridönüşü dünya mətbuatının gündəmində - FOTO

“Sabah”ın möhtəşəm geridönüşü dünya mətbuatının gündəmində - FOTO

Çin və Nepal arasındakı sərhəd-keçid məntəqəsində torpaq sürüşməsi – VİDEO

Çin və Nepal arasındakı sərhəd-keçid məntəqəsində torpaq sürüşməsi – VİDEO

Dünya əhalisi 9 milyardda dayanacaq, sonra azalma başlayacaq – alimlər tarix açıqladı

Dünya əhalisi 9 milyardda dayanacaq, sonra azalma başlayacaq – alimlər tarix açıqladı

Səhv karta göndərilən pul necə geri alınır?

Səhv karta göndərilən pul necə geri alınır?

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - FOTO/VİDEO

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - FOTO/VİDEO

“Diplomu tanınmayacaq” QORXUSU - Özəl universitetlərə inamsızlığın arxasında nə dayanır?

“Diplomu tanınmayacaq” QORXUSU - Özəl universitetlərə inamsızlığın arxasında nə dayanır?

Fridrix Merts istefa verəcək?

Fridrix Merts istefa verəcək?

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

Kəsilmiş qarpızı necə saxlamaq lazımdır?— Texnoloq ən yaxşı üsulu açıqladı

Kəsilmiş qarpızı necə saxlamaq lazımdır?— Texnoloq ən yaxşı üsulu açıqladı

Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı AÇIQLANDI

Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı AÇIQLANDI

Sürücülük vəsiqəsi olmayan gənc beş yaşlı qızın ölümünə səbəb oldu – VİDEO

Sürücülük vəsiqəsi olmayan gənc beş yaşlı qızın ölümünə səbəb oldu – VİDEO

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

End of content

No more pages to load

RADİO