Britaniyalı nazir: "Azərbaycan regionda sabitləşdirici rol oynayır"

Mayın 5-də Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb. 

Dövlət naziri Leo Dokerti spiker Sahibə Qafarovanı salamlayaraq, tacqoyma mərasimində iştiraka görə təşəkkürünü bildirib. O, Birləşmiş Krallıqla Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, ölkəmizin Avropanın enerji təchizahçısı kimi rolunun günbəgün artdığını, onun mühüm ticarət və enerji tərəfdaşı olduğunu qeyd edib.  

Dövlət naziri Azərbaycanın regionda sabitləşdirici rol oynadığını diqqətə çatdırıb və cari ilin fevral ayında Bakıya səfərini məmnunluqla xatırlayıb. Nazir səfər zamanı Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edib və Azərbaycan Milli Məclisinin fəaliyyəti ilə maraqlanıb. 
Spiker Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Spiker, Azərbaycan və Birləşmiş Krallıq arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərdən söz açaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın dinamik inkişafını qeyd edib. 

Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti barədə ətraflı məlumat verib. O, parlamentlərimiz arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinin razılıq doğurduğunu qeyd edib. Milli Məclisin sədri ötən ilin iyul ayında Londona səfərini və səfər çərçivəsində parlament rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. 

Spiker Sahibə Qafarova görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə də məlumat verib. 

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki,  Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kralı III Çarlzın tacqoyma mərasimində iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdədir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AQTA-dan Rahat Marketlərdə vaxtı keçmiş kolbasa satışı iddiası ilə bağlı AÇIQLAMA

AQTA-dan Rahat Marketlərdə vaxtı keçmiş kolbasa satışı iddiası ilə bağlı AÇIQLAMA

Ceyhun Bayramov Ukrayna istehsalı olan PUA-ların sərgisində - FOTO

Ceyhun Bayramov Ukrayna istehsalı olan PUA-ların sərgisində - FOTO

“Mobil notariat” tətbiqi “mygov”a inteqrasiya edilir

“Mobil notariat” tətbiqi “mygov”a inteqrasiya edilir

Qarabağda final, Türkiyə və Gürcüstana səfər - Məktəblilər üçün unikal layihə: Hər kəs iştirak edə bilər - FOTO

Qarabağda final, Türkiyə və Gürcüstana səfər - Məktəblilər üçün unikal layihə: Hər kəs iştirak edə bilər - FOTO

Küləkli havada çimərliklərə gedənlərə ÇAĞIRIŞ

Küləkli havada çimərliklərə gedənlərə ÇAĞIRIŞ

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi

Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Tərtərdə faciə - Ər-arvad yanaraq həlak oldu

Tərtərdə faciə - Ər-arvad yanaraq həlak oldu

Murad Həsənliyə yüksək vəzifə verildi - FOTO

Murad Həsənliyə yüksək vəzifə verildi - FOTO

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddəti 44 gün oldu

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddəti 44 gün oldu

Şamaxıda avtomobil hasara çırpıldı: Xəsarət alanlar var

Şamaxıda avtomobil hasara çırpıldı: Xəsarət alanlar var

Quba-Bakı yolunda zəncirvari qəza – FOTO

Quba-Bakı yolunda zəncirvari qəza – FOTO

Vaşinqton, Brüssel və Pekin niyə Bakıya üz tutur? - TƏHLİL

Vaşinqton, Brüssel və Pekin niyə Bakıya üz tutur? - TƏHLİL

Tramp: “Venesuela nefti ABŞ-ın qənimətidir”

Tramp: “Venesuela nefti ABŞ-ın qənimətidir”

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycan neftinin SON qiyməti

Azərbaycan neftinin SON qiyməti

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

End of content

No more pages to load

RADİO