Vaşinqton, Brüssel və Pekin niyə Bakıya üz tutur? - TƏHLİL

Dünya iqtisadiyyatında yeni geosiyasi reallıq formalaşır. Əgər XX əsrdə neft və qaz uğrunda mübarizə dövlətlərin güc balansını müəyyən edirdisə, XXI əsrdə bu rolu nəqliyyat-logistika dəhlizləri oynayır. 

Bu da təsadüfi deyil. Çünki dünyada bağ verən hərbi və siyasi qarşıdurmalar alternativ və daha təhlükəsiz dəhlizin zəruriliyini ortaya çıxarır. Və bu gün qlobal tədarük zəncirlərinin yenidən qurulması, Rusiya–Ukrayna müharibəsi, Qırmızı dənizdə təhlükəsizlik problemlər beynəlxalq ticarətin alternativ marşrutlara ehtiyacını ortaya qoyur. Belə bir reallıqda isə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Avrasiyanın ən strateji layihələrindən biri kimi göz önünə gəlir.

Orta Dəhliz hansı üstünlüklər vəd edir?

Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxışı təmin edir. Marşrutun ümumi uzunluğu təxminən 7 min kilometr təşkil edir və bəzi hallarda yüklərin Çindən Avropaya çatdırılma müddətini 18–25 günə qədər endirmək imkanı yaradır. Bu, ənənəvi dəniz marşrutları ilə müqayisədə əhəmiyyətli vaxt üstünlüyü deməkdir.
 

Bu dəhlizin daha cəlbedici olmasının əsas səbəbi Azərbaycanın ədalətli və qətiyyətli moderator olmasıdır. Azərbaycanın təklif etdiyi taariflər digər marşurutlardakı taariflərlə müqayisədə aşağıdır. 


Digər tərəfdən Azərbaycanın qətiyyəti hesabına Cənubi Qafqaz “sülh evi”nə çevrilib. Bu hesaba da tranzit yüklər həm sürətlə, həm də təhlükəsiz mənzil başına çatdırılır. Ona görə də geoiqtisadi mənzərədə Azərbaycan təkcə tranzit ölkə deyil, həm də Avropa ilə Asiya arasında etibarlı strateji körpü rolunu oynayır.

Son illərdə Orta Dəhliz üzrə yükdaşımaların həcmi sürətlə artır. 

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının məlumatlarına görə, marşrut üzrə daşınan yüklərin həcmi son illərdə dəfələrlə artıb və milyonlarla ton yük bu istiqamətlə daşınıb. Bu dinamika marşrutun beynəlxalq bazarda etibar qazandığını göstərir.

Azərbaycan bu uğurun əsas memarlarından biridir. 

Son on ildə ölkə nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində investisiya yatırıb. Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ilkin mərhələdə 15 milyon ton yük və 100 min TEU konteyner qəbul etmək gücü yaradılıb. Genişləndirmə layihəsi başa çatdıqdan sonra limanın illik ötürücülük qabiliyyətinin 25 milyon tona və 500 min TEU konteynerə çatdırılması nəzərdə tutulur.

Bu göstəricilər Xəzər hövzəsində Azərbaycanın əsas logistika mərkəzinə çevrildiyini təsdiqləyir.

Azərbaycanın strateji üstünlüklərindən biri də Bakı–Tbilisi–Qars dəmir yolu layihəsidir. Təxminən 846 kilometr uzunluğunda olan bu xətt Avropa ilə Asiya arasında fasiləsiz dəmir yolu bağlantısı yaradır. Aparılan modernizasiya işlərindən sonra xətt üzrə illik yükdaşımaların 5 milyon tona qədər artırılması planlaşdırılır. Bu, Orta Dəhlizin rəqabət qabiliyyətini daha da yüksəldəcək.

Azərbaycan həm də Xəzər dənizində ən böyük ticarət donanmalarından birinə malikdir. 

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) donanmasında onlarla yük, bərə və Ro-Ro tipli gəmi fəaliyyət göstərir. Bu potensial Xəzərin iki sahili arasında fasiləsiz yük axınının təmin edilməsində mühüm rol oynayır.
 

Azərbaycanın geosiyasi üstünlüyü onun çoxtərəfli əməkdaşlıq siyasətində də özünü göstərir. Ölkə eyni zamanda Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, TRACECA, Mərkəzi Dəhliz təşəbbüsləri və digər regional platformalarda fəal iştirak edir. Bu çoxtərəfli diplomatiya Azərbaycanın tranzit ölkə kimi etibarlılığını artırır.


“Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, biz Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yatırmışıq:

“Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması – bütün bunlar Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır. Orta Dəhlizin Azərbaycan seqmentində infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, modernləşdirilməsi və ötürücülük qabiliyyətinin genişləndirilməsi prosesi hazırda da davam etməkdədir.

Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artmış, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalmışdır. 

Aparılmış hesablamalara əsasən 2030-cu ilədək Orta Dəhlizin yük daşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı gözlənilir”.

Etibarlı tərəfdaşlıqdan strateji müttəfiqliyə 

Bu gün Azərbaycan həm Avropa, həm də Asiya dövlətləri üçün strateji müttəfiqə çevrilir. Bunun da bir səbəbi ortaq iqtisadi maraqlardırsa, digər səbəb Azərbaycanın Beynəlxalq aləmdə orta səviyyəli aktora çevrilməsidir.

Diqqət edək: Son zamanlar Avropa dövlətləri rəsmilərinin Azərbaycana səfərləri intensivləşib. Bu səfərlərin hər birinin arxasında iqtisadi maraq, yeni əməkdaşlı paketi dayanır. Təbii ki, bu da Azərbaycana iqtisadi dividentlər gətirməklə yanaşı, siyasi gücünü artırır. Artıq dünyanın aparıcı dövlətləri Azərbaycanla hesablaşır və birbaşa təmasları artırır. 


Məsələn bu günlərdə ABŞ TRIPP+ Sahibkarlığa Dəstək Fondunun maliyyələşdirilməsinin həcmini iki dəfə – 201 milyon dollardan 402 milyon dollara qədər artırıb.

Avropa İttifaqı da son illərdə Orta Dəhlizə xüsusi diqqət ayırır. Avropa Komissiyasının təşəbbüsü ilə keçirilən investor forumlarında Trans-Xəzər marşrutunun inkişafı üçün 10 milyard avroya qədər investisiya potensialı açıqlanıb. Bu vəsait dəmir yollarının, limanların, rəqəmsal logistika sistemlərinin və sərhəd keçidlərinin modernləşdirilməsinə yönəldilə bilər.

Çin üçün də Orta Dəhliz "Bir kəmər, bir yol" təşəbbüsünün mühüm istiqamətlərindən biridir. 
Pekin Avropaya çıxış marşrutlarını şaxələndirməyə çalışdığı bir vaxtda Azərbaycan etibarlı tranzit tərəfdaş kimi ön plana çıxır.

Təsadüfi deyil ki, iqtisadi maraqlar, siyasi razılaşmalar xalqlar arasında mədəni əlaqələrin dərinləşməsinə öz töhfəsini verir. 

Məsələn, "Euronews" bu günlərdə İpək Yolu boyunca Çindən Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropaya qədər yayılan xəmir yeməklərinin tarixi ilə bağlı geniş reportaj hazırlayıb.
 

Reportajda qeyd olunur ki, Çin mətbəxində yaranan və zamanla müxtəlif xalqların kulinariya ənənələrinə uyğunlaşan bu yeməklər ticarət yolları boyunca fərqli adlar, formalar və hazırlanma üsulları qazanıb. Televiziya bu marşrutu "Dumpling Belt" ("Xəmir yeməkləri kəməri") adlandırır.
Məqalədə Azərbaycanın bu kulinariya xəritəsində xüsusi yer tutduğu vurğulanır.


Bildirilir ki, Azərbaycan mətbəxində düşbərə və gürzə ənənəvi xəmir yeməklərinin ən məşhur nümunələrindəndir. Düşbərənin çox kiçik hazırlanması, gürzənin isə ilan formasını xatırladan xüsusi bükülüşü bu yeməkləri fərqləndirən əsas xüsusiyyətlər kimi təqdim olunur. Təbii ki, bu da Azərbaycan mədəniyyətinin və mətbəxinin qlobal bazarda ən yaxşı təqdimatlarından biridir. Bu cür layihələr Azərbaycanın turizmi potensialının təqdimatı baxımından da önəmlidir.

Zəngəzur dəhlizi Orta Dəhlizin yeni halqası kimi

Məlum olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa layihələri Azərbaycanın logistika xəritəsini dəyişir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi, yüzlərlə kilometr avtomobil və dəmir yollarının inşası regionun gələcəkdə Orta Dəhlizə inteqrasiyası üçün yeni imkanlar yaradır.

Xüsusilə Zəngəzur istiqamətində kommunikasiyaların açılması Azərbaycanın tranzit üstünlüyünü daha da möhkəmləndirə bilər. Nəzərə alaq ki, Horadiz-Ağbənd istiqamətində həm avtomobil, həm də dəmir yolunun inşası artıq yekunlaşmaq üzrədir.

Bu layihənin icrası hesabın Azərbaycanın əsas hissəsinin Naxçıvanla və Türkiyə ilə yerüstü əlaqələrində yeni bir dönəm başlayacaq. Eləcə də Orta Dəhlizin daha qısa və rentabelli bir halqası dövriyyəyə qoşulmuş olacaq.

Bütün bunlarla yanaşı, Orta Dəhliz uğrunda rəqabət də güclənir. Rusiya Şimal marşrutunu, İran Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini inkişaf etdirməyə çalışır, Hindistan və Körfəz ölkələri isə yeni ticarət marşrutlarına sərmayə yatırırlar. Belə bir şəraitdə Azərbaycanın əsas üstünlüyü sabitlik, etibarlı tərəfdaş imici, müasir infrastruktur və balanslaşdırılmış xarici siyasətdir.


Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilmək strategiyasını ardıcıl şəkildə həyata keçirir. Son illərdə əldə olunan nəticələr göstərir ki, bu strategiya real iqtisadi dividendlər gətirir və ölkənin beynəlxalq nüfuzunu artırır.

Orta Dəhliz artıq sadəcə nəqliyyat marşrutu deyil, qlobal geosiyasi və geoiqtisadi rəqabətin əsas platformalarından biridir. Bu rəqabətdə Azərbaycanın üstünlüyü təsadüfi deyil. Coğrafi mövqe, müasir infrastruktur, milyardlarla dollarlıq investisiyalar, Xəzərdə güclü logistika imkanları, çoxtərəfli diplomatiya və siyasi sabitlik ölkəmizi Avrasiyanın əsas tranzit qovşaqlarından birinə çevirib. Qarşıdakı illərdə Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit gəlirlərini artırmaqla yanaşı, onun beynəlxalq siyasətdə strateji çəkisini də daha da gücləndirəcək.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Mobil notariat” tətbiqi “mygov”a inteqrasiya edilir

“Mobil notariat” tətbiqi “mygov”a inteqrasiya edilir

Qarabağda final, Türkiyə və Gürcüstana səfər - Məktəblilər üçün unikal layihə: Hər kəs iştirak edə bilər - FOTO

Qarabağda final, Türkiyə və Gürcüstana səfər - Məktəblilər üçün unikal layihə: Hər kəs iştirak edə bilər - FOTO

Küləkli havada çimərliklərə gedənlərə ÇAĞIRIŞ

Küləkli havada çimərliklərə gedənlərə ÇAĞIRIŞ

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi

Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Tərtərdə faciə - Ər-arvad yanaraq həlak oldu

Tərtərdə faciə - Ər-arvad yanaraq həlak oldu

Murad Həsənliyə yüksək vəzifə verildi - FOTO

Murad Həsənliyə yüksək vəzifə verildi - FOTO

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddəti 44 gün oldu

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddəti 44 gün oldu

Şamaxıda avtomobil hasara çırpıldı: Xəsarət alanlar var

Şamaxıda avtomobil hasara çırpıldı: Xəsarət alanlar var

Quba-Bakı yolunda zəncirvari qəza – FOTO

Quba-Bakı yolunda zəncirvari qəza – FOTO

Vaşinqton, Brüssel və Pekin niyə Bakıya üz tutur? - TƏHLİL

Vaşinqton, Brüssel və Pekin niyə Bakıya üz tutur? - TƏHLİL

Tramp: “Venesuela nefti ABŞ-ın qənimətidir”

Tramp: “Venesuela nefti ABŞ-ın qənimətidir”

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycan neftinin SON qiyməti

Azərbaycan neftinin SON qiyməti

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR

Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

End of content

No more pages to load

RADİO