ABŞ prezidenti Donald Tramp avqustun 5-də Las-Veqasın (Nevada ştatı) şəhərətrafı ərazisində çıxış edərkən Venesuela neftini "ABŞ-ın əlinə keçən qənimət" adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Venesueladan milyardlarla barrel neft gəlir. Bu, dünyada neft yataqları baxımından ən zəngin yerlərdən biridir", - deyə Ağ Ev lideri bəyan edib.
O, Karakasdakı hərbi əməliyyatı (ABŞ qüvvələri tərəfindən Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşının tutulması ilə nəticələnən proses - red.) "48 dəqiqəlik müharibə" adlandırıb.
Bizim.Media