Rusiyanın Yaroslavl şəhərində yerləşən "Slavneft-YANOS" neft emalı zavodunda dron hücumundan sonra yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı məlumatı Rusiya teleqram kanalları yayıb.
Bildirilib ki, hücum nəticəsində müəssisənin ərazisində yanğın başlayıb. Hadisənin təfərrüatları və mümkün dağıntılar barədə hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, "Slavneft-YANOS" ildə təxminən 15 milyon ton neft emal edir və istehsal gücünə görə Rusiyanın ən böyük beş neft emalı zavodundan biri hesab olunur.
Bizim.Media