Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna xarici işlər naziri Andriy Sibiqa ilə görüşü başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, rəsmi qarşılama mərasimindən sonra nazirlər Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə tanış olublar.
Qeyd edək ki, Ceyhun Bayramovun Ukraynaya səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq məsələlərinin müzakirəsi, həmçinin bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


Bizim.Media