ABŞ Prezidenti Donald Tramp ölkədə raket ehtiyatlarının azaldığı barədə mediada yayılan məlumatlara sərt reaksiya verib.
Bizim.Media xəbər verir ki, Tramp ABŞ-ın hələ də "çox böyük həcmdə" sursat ehtiyatına malik olduğunu bildirib.
Onun sözlərinə görə, ölkənin müdafiə sənayesi istehsal gücünü artırır, yeni zavodlar tikilir və silah istehsalı sürətlə davam etdirilir.
Prezident raket ehtiyatlarının tükəndiyi barədə məlumatı mediaya ötürən şəxsləri "xəyanətkar" adlandırıb. O, həmin mənbələrin müəyyən ediləcəyini və onların uzunmüddətli həbs cəzası alması üçün çalışacağını vurğulayıb.
Qeyd edək ki, daha əvvəl CNN telekanalı ABŞ-ın İranla beş ay davam edən müharibə zamanı THAAD zenit-raket kompleksləri üçün nəzərdə tutulan raketlərin təxminən 80 faizini, həmçinin Patriot və Tomahawk raket ehtiyatlarının isə yarısını istifadə etdiyini yazmışdı.

Bizim.Media