POLİTOLOQ: “Ermənistanın İrandan incimək kimi lüksü yoxdur”

İranın Rusiyadan Ermənistana uçan hərbi təyyarələrə qadağa qoyması regionda ciddi dəyişikliklərin baş verdiyinə işarədir.

Bəs bu qadağaları doğuran səbəb nədir və Ermənistanla İran arasında gələcək əməkdaşlıq hansı forma ala bilər? 

Mövzu ilə bağlı politoloq Şahin Cəfərli Bizim.Media-ya münasibət bildirib: "İranı buna məcbur edən birinci səbəb Azərbaycanla ikitərəfli münasibətləri korlamaq istəməməsidir. Döyüşlərin ilk günlərində Rusiya öz silahlarını əsasən İran vasitəsilə Ermənistana göndərirdi. Rusiya hərbi təyyarələri İrana gəlir və silahlar yük avtomobilləri ilə Ermənistana daşınırdı. Bu da Azərbaycan ictimaiyyətinin ciddi etirazına səbəb oldu”.

Digər daha mühüm amil kimi İrandakı azərbaycanlıların etirazını qeyd edən politoloq bildirir ki, İran daxilində azərbaycanlıların etirazının miqyası böyüyərsə dövlət üçün çox ciddi problemlər yarana bilər. İran azərbaycanlıları Ermənistanla sərhədlərin bağlanmasını tələb etdilər. İran vətəndaşlarının mövqeyini nəzərə almaq məcburiyyətindədir.

“İran döyüşləri diqqətlə izləyir və Azərbaycanın üstünlüyünü görür. Azərbaycanla münasibətlərini korlamaq istəmir. Reallıqla barışmaq məcburiyyətindədir. İran Azərbaycan-Türkiyə və Azərbaycan-İsrail münasibətlərinin dərinləşməsindən də narahatdır. Əgər rəsmi Tehran Azərbaycana qarşı mehriban qonşuluqdan uzaq siyasət yürüdərsə, bunun ziyanları özünə də dəyə bilər”.

Təyyarələrlə daşınmalara İran üzərindən qadağanın qoyulması iki dövlətin münasibətinə mənfi təsir edəcəkmi məsələsinə gəlincə politoloq deyir ki, Ermənistan elə vəziyyətdədir ki, onun hansısa dövlətlə münasibətlərini korlamaq lüksü yoxdur: “Əməkdaşlıq Ermənistana daha çox lazımdır, nəinki İrana. Bu günə qədər Ermənistanın duruş gətirməsi elə İranın hesabına olub”.

Təranə Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qarabağ"ın futbolçusu 8 həftəlik sıradan çıxıb

Dünya ikincisi: Sadəcə, səhv etdim

Dünya ikincisi: Sadəcə, səhv etdim

Qəbələ festivalında Bakı Musiqi Akademiyasının tələbələri çıxış etdilər

Ukrayna Rusiyanın ballistik raketlərindən necə müdafiə olunmalıdır?

San-Fransiskoda yeni xidmət: Robotlar ev təmizləyir - FOTO/VİDEO

Serbiyada Dunay çayının səviyyəsi düşdü - Alman hərbi gəmisinin qalıqları üzə çıxdı

İmzalanan memorandum İranın gələcək xarici əlaqələrinin əsasını təşkil edəcək - FOTO

Odessada hərbi komissarlıq əməkdaşlarına atəş açıldı: 4 yaralı var - VİDEO

Maşında sıxılan şəxs belə xilas edildi - ANBAAN VİDEO

Sakinlərin su problemi üç aydır niyə həll olunmur? - VİDEO

"Hörümçək adam: Yeni gün" filmi ilk gündən rekord qırdı — 167 milyon dollar

Moskvada partlayışda yaralananlar arasında Rusiya generalının qızı da var? - FOTO

Tramp Ağ Evə qayıtdıqdan sonra ilk dəfə İrlandiyaya səfər edəcək

Londonda festivalda yanğın: 23 nəfər xəsarət alıb

ABŞ senatoru: Tramp administrasiyası İranla müharibədə çıxılmaz vəziyyətə düşüb

Türkiyədə sərnişin avtobusu qəzaya uğradı - 21 nəfər xəsarət aldı - FOTO

Ceyranbatanda ekoloji narahatlıq yaradan zavodla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Rusiyanın Krıma gedən yanacaq daşıyan maşın karvanı hədəfə alındı - VİDEO

Bolqarıstan, Britaniya və Ukrayna ABŞ-ın İrana qarşı mümkün əməliyyatına qoşulmayacaq

Qaraçay-Çərkəzdə qaz partladı: 10 nəfər xəsarət aldı

Vaşinqtonda meşə yanğınları nəticəsində 600-dən çox tikili məhv olub - VİDEO

Serbiyanın Baş naziri vətəndaşları elektrik enerjisinə qənaət etməyə çağırdı

SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - FOTO

Süni intellektə yatırımlar yeni maliyyə böhranı yarada bilər - FOTO

End of content

No more pages to load

RADİO