Moskvanın Balzi Rossi restoranında baş verən partlayış nəticəsində ağır yaralanan şəxslərdən birinin Rusiya general-polkovniki Aleksandr Çaykonun qızı ola biləcəyi bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Verstka” məlumat yayıb.
25 yaşlı Mariya P. açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. İddialara əsasən, o, Rusiya Aerokosmik Qüvvələrinin (VKS) komandanı general-polkovnik Aleksandr Çaykonun qızı ola bilər.
Bildirilir ki, qadın ərinin soyadını – Peredriy soyadını daşıyır. Onun həyat yoldaşının isə partlayış nəticəsində ölənlər arasında olduğu qeyd olunur.
Hadisə ilə bağlı rəsmi təsdiqlənmiş məlumat verilməyib.

Bizim.Media