Qəbələ festivalında Bakı Musiqi Akademiyasının tələbələri çıxış etdilər

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının növbəti günündə musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir. Festival çərçivəsində Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara növbəti konsert proqramı təqdim olunub.

Bizim.Media xəbər verir ki, kamera musiqisi axşamında musiqisevərlər qarşısında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsertin əvvəlində Xalq artisti, professor Zəhra Quliyeva çıxış edərək, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qazandığı uğurlardan danışıb. Qeyd olunub ki, Bakı Musiqi Akademiyası ali musiqi təhsili ocaqlarının önündə gedərək, bu gün öz yetirmələrinin sədalarını dünyanın müxtəlif guşələrindən alır. Şərqdə ilk ali musiqi təhsili ocağı olan Bakı Musiqi Akademiyası milli mədəniyyətimizin səhifələrinə önəmli yazılar, adlar qoyub. Məhz bu parlaq adlar milli musiqi mədəniyyətimizi bu gün bütün dünyada tanıdır.

Konsertdə M.Ravelin “Sonata №1”, B.Smetananın “Trio”, Ü.Hüseynzadənin “Piano triosu” (III hissə), A.Şnitkenin “Reviz nağıl” süitasından “Şinel”, A.Bayramzadənin “Violin və piano üçün iki pyes”, V.Rəhimovun “Violonçel və fortepiano üçün 2 pyes”, T. Quliyevin “Qaytağı”, E.Kurtisin “Non ti scordar di me”, R.Şedrinin “Albenisə təqlid”, A.Məlikovun “Güllərim” (sözləri N.Xəzrinindir), F.Əmirovun “Ulduz” (sözləri M.Lermontovundur) və digər bəstəkarların əsərləri səsləndirilib.
 

Bakı Musiqi Akademiyasının rektoru, professor, festivalın təşkilat komitəsinin rəhbəri Fərhad Bədəlbəyli AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində rəhbərlik etdiyi təhsil ocağının tələbələrinin öz istedadlarını nümayiş etdirmələri üçün belə festival və müsabiqələrin əhəmiyyətini yüksək qiymətləndirib. Rektor bildirib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı ilk növbədə musiqi və incəsənət sahəsində təhsil alan, fəaliyyət göstərən hər bir insan üçün bir məktəb və öz istedadını nümayiş etdirmək üçün bir vasitədir. Fərhad Bədəlbəyli onu da əlavə edib ki, Qəbələ səhnəsində ötən 15 ildə onlarla tələbə gənc ilk çıxışını edib və hazırda onların xoş sorağı dünyanın müxtəlif festival və müsabiqələrindən gəlir.


Bakı Musiqi Akadeniyasının 2-ci kurs tələbəsi, bu yaxınlarda Rumuniyanın paytaxtı Buxarestdə təşkil edilən müsabiqənin qalibi Məhəmməd Allahverdiyev isə bildirib ki, hələ uşaqlıq illərindən Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etmək, səhnədə yer almaq arzusu olub. O, nəhayət bu gün xəyalını gerçəkləşdirir və ona bu fürsəti yaradan akademiya rəhbərliyinə, festivalın təşkilatçılarına öz və tələbə yoldaşları adından minnətdarlığını bildirir. Məhəmməd əmindir ki, Qəbələ səhnəsi ona və həmyaşıdlarına düşərli olacaq, qarşıdakı illərdə dünya səhnələrində Azərbaycanı layiqincə təmsil edəcəklər.

Qeyd edək ki, günün axşam açıq hava konsertində tamaşaçılar qarşısında Yuri Bivolun baş baletmeysteri olduğu Moldovanın “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblı və Moldovanın “Millenium” etno-estrada qrupu da çıxış edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

End of content

No more pages to load

RADİO