Krıma doğru hərəkət edən Rusiya yanacaq daşıyan avtomobillər karvanının marşrutu yarımçıq qalıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat və görüntülər yayılıb.
Yayılan məlumata görə, Krıma istiqamətlənən yanacaq daşıyan avtomobillər karvanı hədəfə alınıb. Hadisənin dəqiq yeri, vaxtı və nəticələri barədə rəsmi məlumat açıqlanmayıb.
Məlumat müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
Bizim.Media