Şükür olsun ki, medalsız qalmadım.
Bizim.Media xəbər verir ki, bu sözləri Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanan İbrahim Həsənov jurnalistlərə açıqlaması zamanı deyib.
"Ən böyük arzum qızıl medal əldə edib, Azərbaycan himnini səsləndirmək və bayrağımızı qaldırmaq idi. Həyəcan yox idi, sadəcə, səhv etdim", - deyə idmançı vurğulayıb.
Qeyd edək ki, 51 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Həsənov finalda iranlı Benyamin Mayvana məğlub olub.
Bizim.Media