Bolqarıstan, Böyük Britaniya və Ukraynanın ABŞ-ın İrana qarşı mümkün yeni hərbi əməliyyatında iştirak etməyəcəklərini Tehrana bildirib.
Bizim.Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bəyan edib.
Onun sözlərinə görə, adıçəkilən üç ölkə Tehrana ABŞ-ın İrana qarşı mümkün yeni hərbi əməliyyatına qoşulmaq niyyətində olmadıqlarına dair təminat veriblər.
Bəqayi bununla bağlı əlavə təfərrüat açıqlamayıb.
Bizim.Media