“Laçın dəhlizinin bağlanması an məsələsidir” - Xankəndi etirazlarının MÜMKÜN NƏTİCƏLƏRİ 

“Son günlər Rusiya tərəfindən həm Azərbaycana, həm də Ermənistana qarşı təzyiqlər açıq şəkildə davam edir. Əsasən də, Rusiya KİV-də Qarabağda yaşayan ermənilərin siyasi aktivləşməsi və onların status sevdası yenidən baş qaldırıb. Heç təsadüfi deyil ki, bu birbaşa Rusiyanın təsiri ilə mümkün olub”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Laçın dəhlizi ikitərəfli açıqdır – Hələlik ermənilər gedib gəlir


Belə ki, Xankəndidəki son etiraz nümayişlərini şərh edən politoloq qeyd edib ki, qondarma rejimin rəhbərinin Moskva səfəri, Praqa görüşünün Ermənistan üçün mənfi nəticələri, Qərbin vasitəçilik missiyasının aktivləşməsi və eləcə də ilin sonuna kimi sülh sazişinin imzalanma ehtimalı Rusiyanı dərhal hərəkətə keçməyə vadar edib: 

“Rusiya artıq kölgədə qalmayaraq keçmiş imper xislətinə uyğun olaraq Soçi görüşü ərəfəsində tərəflərə öz sülh paketini  məcbur şəkildə qəbul etdirmək niyyətində olduğunu bildirdi. Valday klubunda çıxışı zamanı Putin rəsmi olaraq Ermənistanı strateji müttəfiqi adlandırdı, amma Azərbaycanla bağladığı Moskva bəyannamsəni unutdu. Bununla yanaşı, 10 noyabr bəyanatının ən azı 3 maddəsi icra olunmamış qalıb. 
Buradan aydın olur ki, Rusiya bilərəkdən bu proselərin gecikdirilməsində daha çox maraqlıdır. Qərblə ziddiyyələrin davam etdiyi bir zamanda vasitəçiliyi ələ almaq istəyən Rusiya eyni ilə 1988 ci il senarisinə qayıdıb. Yenə də milli azlıqlardan öz siyasi ambisiyaları üçün istifadə etmək mexanizmi işə salınıb”.

Amid Əliyev vurğulayıb ki, Rusiyanın bu dəfəki cəhdləri nəticə verməyəcək:

“Amma, bu işə rəvac verən Rusiya siyasi dairələri başa düşməlidirlər ki, Qarabağ bu dəfə hansısa bir formada  siyasi və ya hüquqi statsu vermək alınmayacaq. Azərbaycan rəsmi şəkildə bu barədə prinsipial mövqeyni bildirib. Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin bloklanması isə artıq an məsələsidir. Bununla da Xankəndi istər-istəməz Azərbaycana tabe olacaq.

Rusiya tərəfindən bölgədə xidmət aparan sülhməramlıların vaxtının uzadılması da mümkünsüzdür. Bilmək lazımdır ki, bu qüvvələr beynəlxalq statusa və mandata malik deyillər. Heç Azərbaycan da bunu təsdiq edən hansına bir sənədi ratifikasiya etməyib. Bu da Rusiyanı narazı salan səbəblərdən biridir”.

Politoloq bildirib ki, masada mövcud olan iki sülh paketindən hər iki ölkə üçün qənətbəxş olanı Qərb modelidir. 

“Çünki Rusiya paketinin əsas məqsədi bölgədə sülhü təmin etmək yox, regionda qalmaqdır. Bu fakt nə Azərbaycan, nə də ki Ermənistan üçün keçərlidir. Ermənistan bunu seçmiş olsa Qərbin ona göstərdiyi dayaqları sarsıtmış olacaq ki, bu da siyasi hakimiyyətin Rusiya qarşısında zəifləməsi və itirilməsi kimi qiymətləndirilə bilər.

Bunu çox gözəl bilən Rusiya Xankəndində dünən keçirilən mitinqlə erməni siyasi dairələrinə alternativ kimi yalnız Rusiyanı seçməyi, Azərbaycana isə bölgədə hələ də siyasi manevr imkanlarına malik olduğunu göstərir.
Bütün bu faktlar fonunda bu gün keçirilən Soçi görüşü olduqca vacibdir. Vacibdir ona görə ki, Azərbaycan bu görüşün "Pirr qələbəsi"nə çevrilməməsi üçün bütün təzyiqlərə dözməli və prinsipial mövqeyini müdafiə etməlidir. Əks halda növbəti illərdə Rusiya ilə İranın birləşmiş birgə fəaliyyətinin də şahidi ola bilərik”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaltada 19 gündür işıq yoxdur: Sakinlər şikayət edir - VİDEO

Yaltada 19 gündür işıq yoxdur: Sakinlər şikayət edir - VİDEO

BMT-nin baş katibi ilk dəfə yəhudi əsilli qadın ola bilər

BMT-nin baş katibi ilk dəfə yəhudi əsilli qadın ola bilər

Rusiya yenidən “Naftoqaz”ın Ukraynadakı obyektlərinə zərbələr endirdi

Rusiya yenidən “Naftoqaz”ın Ukraynadakı obyektlərinə zərbələr endirdi

İtaliya XİN: Seuta islamçı terrorçular üçün “qapıya” çevrilə bilərdi

İtaliya XİN: Seuta islamçı terrorçular üçün “qapıya” çevrilə bilərdi

ABŞ-da tərk edilmiş yelkənli qayıqda 31 ac pişik tapılıb - FOTO

ABŞ-da tərk edilmiş yelkənli qayıqda 31 ac pişik tapılıb - FOTO

Zelenski: Ukraynada Rusiyanın hücumlarından sonra bütöv istilik elektrik stansiyası qalmayıb

Zelenski: Ukraynada Rusiyanın hücumlarından sonra bütöv istilik elektrik stansiyası qalmayıb

Bütün quşlar eyni “dil”də oxuyur - Cəmi 8 səs

Bütün quşlar eyni “dil”də oxuyur - Cəmi 8 səs

Luizianada 9 nəfər bu bakteriyaya yoluxdu - 5-i öldü

Luizianada 9 nəfər bu bakteriyaya yoluxdu - 5-i öldü

Sosial şəbəkələr uşaqlarda asılılıq yaradır - Amerikalıların 85%- belə düşünür

Sosial şəbəkələr uşaqlarda asılılıq yaradır - Amerikalıların 85%- belə düşünür

Polşada ukraynalılara qarşı hücumlara görə etiraz aksiyaları keçirildi

Polşada ukraynalılara qarşı hücumlara görə etiraz aksiyaları keçirildi

Azərbaycan benzin ixracatçısına çevriləcək? - Yeni neftayırma zavodunun tikintisi nə VƏD EDİR?

Azərbaycan benzin ixracatçısına çevriləcək? - Yeni neftayırma zavodunun tikintisi nə VƏD EDİR?

Almaniya 2022-ci ildən bəri 400-ə yaxın Rusiya vətəndaşını ölkədən çıxarıb

Almaniya 2022-ci ildən bəri 400-ə yaxın Rusiya vətəndaşını ölkədən çıxarıb

Kipr Avropa üçün yeni qaz təchizatçısına çevriləcək

Kipr Avropa üçün yeni qaz təchizatçısına çevriləcək

Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edildi

Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edildi

Putinə dron təqdim edənlərə HƏBS CƏZASI

Putinə dron təqdim edənlərə HƏBS CƏZASI

Odessada Krım tatarlarının bu ənənəsi yada salındı - VİDEO

Odessada Krım tatarlarının bu ənənəsi yada salındı - VİDEO

İsrail dronları vura bilən yeni silahını təqdim etdi - VİDEO

İsrail dronları vura bilən yeni silahını təqdim etdi - VİDEO

Türkiyə şirkəti Ukraynaya qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək

Türkiyə şirkəti Ukraynaya qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək

Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO

Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO

Rusiya Müdafiə Nazirliyi: Ötən gün 285 Ukrayna PUA-sı vurulub

Rusiya Müdafiə Nazirliyi: Ötən gün 285 Ukrayna PUA-sı vurulub

Şimali Koreyadan qadın briqadaları Rusiyaya gətirilir

Şimali Koreyadan qadın briqadaları Rusiyaya gətirilir

Rus Pravoslav Kilsəsindən qadınlara "fətva": “İşsiz ərinizi danlamayın”

Rus Pravoslav Kilsəsindən qadınlara "fətva": “İşsiz ərinizi danlamayın”

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Zelenski: Rusiyanın hər zərbəsinə cavabımız olacaq - VİDEO

Zelenski: Rusiyanın hər zərbəsinə cavabımız olacaq - VİDEO

End of content

No more pages to load

RADİO