ABŞ-da insanların olmadığı tərk edilmiş yelkənli qayıqda 31 pişik aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Heyvanların qidalanmadığı və qorxu içində olduğu müəyyən edilib. Xilasetmə əməliyyatı iki gün davam edib və bütün pişiklər sığınacağa yerləşdirilib.
Polis qayığın sahibini müəyyənləşdirib, lakin onunla əlaqə saxlamaq mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma davam edir.


Bizim.Media