Rusiya mediasının məlumatına görə, Şimali Koreyadan 40 nəfərədək qadından ibarət işçi qrupları Rusiyaya gətirilməyə başlanıb.
Bizim.Media xəbər verir ki, bu qruplar elan platformaları vasitəsilə Rusiya müəssisələrinə təklif olunur.
Onların konveyer istehsalı, qida və tikiş sənayesi, eləcə də kənd təsərrüfatında çalışması nəzərdə tutulur.
Qadınlar yalnız qrup şəklində işləməlidir. İşəgötürənlərdən onlar üçün ayrıca mərtəbə və ya yaşayış binası təmin etmələri tələb olunur.
İşçilərin ayrıca leqallaşdırılması olmadan podrat müqaviləsi əsasında rəsmiləşdirilməsi təklif edilir.
Saatlıq əməkhaqqının 480 rubldan başlayacağı bildirilir. İşə başlamazdan əvvəl qadınlara əlavə təlim keçilməsi də nəzərdə tutulur.
Bizim.Media