Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın hücumları nəticəsində ölkədə faktiki olaraq salamat qalmış istilik elektrik stansiyası (İES) yoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
“Enerji infrastrukturuna dəyən genişmiqyaslı dağıntılar səbəbindən Ukrayna yeni istilik mövsümünə son dərəcə çətin şəraitdə daxil olur”, — Zelenski deyib.
O qeyd edib ki, Ukrayna enerji sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi üzərində işləməyə davam edir. Bu istiqamətdə Serbiya ilə də əməkdaşlıq aparılır.
Bizim.Media