Azərbaycan benzin ixracatçısına çevriləcək? - Yeni neftayırma zavodunun tikintisi nə VƏD EDİR?

Azərbaycanda yaxın illərdə yeni neftayırma zavodunun tikintisi planlaşdırılır. Məqsəd ölkənin neft emalı imkanlarını artırmaq, daha yüksək ekoloji standartlara cavab verən yanacaq istehsal etmək və enerji təhlükəsizliyini gücləndirməkdir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, layihənin 5-6 il ərzində tamamlanması nəzərdə tutulur və zavod təkcə maye yanacaq deyil, həm də yeni nəsil neft-kimya məhsulları istehsal edəcək.

Bəs yeni zavod istifadəyə verildikdən sonra Azərbaycan benzin ixracatçısına çevriləcəkmi

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Hazırda Azərbaycan yüksəkoktanlı bəzi yanacaq növlərini idxal edir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin ilk rübündə ölkəyə 650.2 min ABŞ dolları dəyərində 530 ton "Aİ-98" markalı avtomobil benzini idxal olunub.

"Neft məhsullarının ixracından əldə olunan gəlirlər artacaq"

İqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, yeni neftayırma zavodunun tikintisi Azərbaycanın enerji siyasətində strateji prioritetlərin dəyişdiyini göstərir:

"Dünya enerji bazarında artıq əsas gəlir xam neftin satışından deyil, onun dərin emalından və yüksək əlavə dəyər yaradan məhsulların istehsalından formalaşır. Azərbaycan da bu istiqamətdə irəliləyir. Bu gün ölkənin əsas üstünlüyü xam neft hasil etməsidir. Lakin gələcəkdə rəqabət üstünlüyü neftin hansı səviyyədə emal olunması ilə müəyyənləşəcək. Çünki eyni həcmdə xam neftin satışından əldə olunan gəlirlə, həmin neftdən istehsal edilən benzin, dizel və neft-kimya məhsullarının satışından əldə olunan gəlir arasında ciddi fərq var. 

Yeni zavod nəzərdə tutulan texniki parametrlərlə istifadəyə verilərsə, Azərbaycanın benzin istehsalı daxili tələbatı tam ödəyə, eyni zamanda ixrac üçün əlavə resurs formalaşdıra bilər. Bu isə ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, neft məhsullarının ixracından əldə olunan gəlirləri artıracaq".

"İstehsal etmək" hələ "ixrac etmək" deyil"

Ekspert hesab edir ki, yeni zavodun istifadəyə verilməsi ixrac üçün imkanlar yaratsa da, regional bazarlarda rəqabət üstünlüyü qazanmaq asan olmayacaq:

"Bazar heç kimi gözləmir. Regionda Rusiya, Qazaxıstan və digər iri istehsalçılar artıq fəaliyyət göstərir. Ona görə də "istehsal edə bilmək" avtomatik olaraq "ixrac edə bilmək" deyil. İxrac bazarında uğur məhsulun keyfiyyətindən, maya dəyərindən, logistika xərclərindən və uzunmüddətli satış müqavilələrinin bağlanmasından asılıdır. 

 

Azərbaycanın üstünlüyü də məhz bu istiqamətlərdə formalaşa bilər. Ölkə Şərqlə Qərbi birləşdirən Orta Dəhliz üzərində yerləşir, müasir liman və dəmir yolu infrastrukturuna malikdir, eyni zamanda beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Bu amillər məhsulun regional bazarlara daha operativ və aşağı logistika xərcləri ilə çatdırılmasına imkan yaradır. Potensial ixrac bazarları sırasında ilk növbədə Gürcüstan və Türkiyə yer alır. 

 

Bununla yanaşı, Qara dəniz hövzəsi ölkələri, müəyyən hallarda isə Mərkəzi Asiya bazarları da perspektivli istiqamətlər hesab oluna bilər. Lakin məqsəd yalnız benzin ixracı olmamalıdır. Ən yüksək gəlir marjası neft-kimya məhsullarında formalaşır. Buna görə də yeni zavodun təkcə yanacaq deyil, həm də polimerlər, kimya sənayesi üçün xammal və digər yüksək əlavə dəyərli məhsullar istehsal etməsi layihənin iqtisadi səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq".


"Bu, hər barel neftdən daha yüksək iqtisadi gəlir əldə etməyə imkan verəcək"

Mütəxəssis bildirir ki, bu layihə Azərbaycanın xarici ticarət strukturuna da təsir göstərəcək:

"Əgər bu gün ixracın əsas hissəsini xam neft təşkil edirsə, gələcəkdə emal olunmuş məhsulların payı arta bilər. Bu isə ixrac gəlirlərinin daha dayanıqlı olmasına və dünya bazarında xam neft qiymətlərinin dəyişməsindən yaranan risklərin müəyyən qədər azalmasına xidmət edəcək. Yeni neftayırma zavodunun əsas iqtisadi əhəmiyyəti də məhz bundadır.

Söhbət təkcə əlavə benzin istehsalından deyil, əlavə dəyərin ölkə daxilində yaradılmasından və enerji sektorunun daha rəqabətli modelə keçidindən gedir. Əgər layihə planlaşdırılan müddətdə və nəzərdə tutulan texnoloji göstəricilərlə həyata keçirilərsə, 2030-cu illərin əvvəllərində Azərbaycan təkcə xam neft ixrac edən ölkə kimi deyil, həm də yüksək keyfiyyətli neft və neft-kimya məhsulları ixrac edən regional istehsal mərkəzlərindən biri kimi mövqeyini gücləndirə bilər".

"Zavod texnoloji, ekoloji və iqtisadi tələblərə cavab verməlidir"

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev qeyd edir ki, müasir neft emalı zavodları yalnız yanacaq istehsalı ilə məhdudlaşmır, eyni zamanda enerji təhlükəsizliyinin və neft-kimya sənayesinin inkişafında mühüm rol oynayır: "Qlobal enerji keçidi şəraitində neft emalı zavodlarının gələcəyi ənənəvi yanacaq istehsalından daha qabaqcıl neft-kimya emalına, enerji səmərəliliyinin artırılmasına və karbon izinin azaldılmasına doğru dəyişir".

Ekspert qeyd edir ki, tikiləcək yeni neft emalı zavodu təhlükəsizliyi və səmərəliliyi təmin etmək üçün ciddi texnoloji, ekoloji, iqtisadi və tənzimləyici tələblərə cavab verməlidir:

"Əsas meyarlara yüksək neft emalı dərinliyi (90-94 faizdən çox), istehsal olunan yanacaqların ekoloji standartlara, məsələn, "Euro-5" və daha yüksək tələblərə uyğunluğu, həmçinin avtomatlaşdırma və ətraf mühitin mühafizəsi sistemlərinin tətbiqi daxildir. 

Bu şərtlərə cavab verən yeni emal gücü ölkənin yanacaq təminatını yaxşılaşdırmaqla yanaşı, SOCAR-ın Türkiyə və İtaliyadakı aktivləri ilə birlikdə regional bazarlarda - Cənubi Qafqaz, Qara dəniz və Aralıq dənizi hövzələrində bazar payını artırmasına imkan yarada bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

End of content

No more pages to load

RADİO