Son iki gün ərzində Rusiya Ukraynanın şərq, qərb və mərkəzində yerləşən “Naftoqaz” obyektlərinə kütləvi zərbələr endirib.
Bizim.Media xəbər verir ki, şirkətin məlumatına görə, avqustun 9-na keçən gecə Rusiya qüvvələri “Ukrnafta”nın hasilat obyektlərini və qazma sahəsini hədəfə alıb.
Onlarla dronun hücumu nəticəsində ciddi dağıntılar baş verib, avadanlıqların bir hissəsi sıradan çıxıb və obyektin fəaliyyəti dayandırılıb. İşçilər arasında xəsarət alan olmayıb.
Avqustun 7–8-də isə “Ukrnafta”nın 7 yanacaqdoldurma məntəqəsi və “Naftoqaz”ın istehsal obyektləri də hücumlara məruz qalıb. Yanacaqdoldurma məntəqəsinin bir əməkdaşı yaralanaraq xəstəxanaya yerləşdirilib.
Bizim.Media